Kolumbiya cinayətkar bandalarla mübarizə üçün hərbi əməliyyata başlayıb
- 25-01-2025, 11:19
- Dünya
Kolumbiya ordusu Venesuela ilə sərhəddə yerləşən Katatumbo bölgəsində quldur dəstələri ilə mübarizə aparmaq üçün hərbi əməliyyata başlayıb.
“Report” xəbər verir ki, bu barədə “El Tiempo” qəzeti Kolumbiya silahlı qüvvələrindəki mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunub ki, Norte-de-Santander departamentində yerləşən Katatumbo şəhərinin 11-ci bələdiyyəsində atışma səsləri eşidilir.
Bir gün əvvəl Kolumbiyada silahlı qruplaşmaların yaraqlılarının olduğu ərazidə fövqəladə vəziyyət elan edilib.
Nəşr həmçinin bildirib ki, Kolumbiya ordusunun zirehli texnikası tezliklə bölgədəki Tibu və Kukuta bələdiyyələri arasındakı yola yerləşdiriləcək.