Britaniya dünyanın ən böyük radioaktiv plutonium ehtiyatını basdıracaq
- 25-01-2025, 09:43
- Dünya
Böyük Britaniya hökuməti mülki nüvə reaktorlarından dünyanın ən böyük radioaktiv plutonium ehtiyatını basdırmaq planlarını açıqlayıb.
“Report” xəbər verir ki, bu barədə Böyük Britaniyanın Nüvə Silahlarının Təhlükəsizliyi Təşkilatının bəyanatında deyilir.
Belə ki, işlənmiş nüvə yanacağının təkrar emalından əldə edilən 140 ton plutoniumun anbarda yerləşdirilməsi qərara alınıb.
Bundan əvvəl Sellafild nüvə kompleksində saxlanılan plutonium daha təhlükəsiz və dayanıqlı forma çevriləcək. Plutonium tozu çox güman ki, maye şüşə ilə qarışdırılacaq və nəticədə kütlə polad və ya betondan olan qaba yerləşdiriləcək. Bu məqsədlə hələ krallıqda ixtisaslaşmış zavod tikilməlidir.
Eyni zamanda, bəzi növ nüvə reaktorlarında səmərəli istifadə oluna bilən MOKS yanacağının istehsalı üçün bu plutoniumdan istifadə etmək planlarından imtina etmək qərara alınıb. Layihə Leyboristlər Partiyasının rəhbərliyi tərəfindən çox uzun, mürəkkəb və bahalı olduğu üçün rədd edilib. Sellafild sahəsində plutonium ehtiyatlarının uzunmüddətli saxlanması ilə bağlı risklər də nəzərə alınıb.