azadses.az » Dünya » Fransanın minalarla bağlı Komissiyasının sədri: "Azad olunmuş ərazilərin minalardan təmizlənməsi üçün Azərbaycana dəstək göstərilməlidir"

Fransanın minalarla bağlı Komissiyasının sədri: "Azad olunmuş ərazilərin minalardan təmizlənməsi üçün Azərbaycana dəstək göstərilməlidir"

"İşğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi və bundan əziyyət çəkən insanların müalicəsi üçün Azərbaycana dəstək göstərilməlidir".

Bu fikirləri Fransanın Piyada əleyhinə minaların təmizlənməsi üzrə Milli Komissiyasının sədri Jerar Şenel (Gerard Chesnel) "Report"un yerli bürosuna bildirib.

Onun sözlərinə görə, Azərbaycanın Ermənistanın işğalından azad etdiyi ərazilərində minaların sayı həddindən artıq çoxdur:

"Minalar bir-birinə çox yaxın yerləşdirilib ki, bunu hərbi nöqteyi-nəzərdən izah etmək çətindir. Hər bir halda beynəlxalq hüquq qaydalarına əsasən, məğlub olmuş ölkə özü tərk etdiyi əraziləri minalardan təmizləməlidir. Lakin Ermənistan beynəlxalq hüquq qaydalarına riayət etməyib".

J.Şenel Azərbaycanda minalarla iş üzrə güclü mütəxəssislərin olduğunu bildirib:

"Bu gün Azərbaycan özü bu əraziləri minalardan təmizləmək məcburiyyətindədir və bunun üçün intensiv işlər aparır. Azərbaycanda bu işin öhdəsindən gəlmək üçün kifayət qədər səriştəli mütəxəssislər var və onlar yüksək peşəkarlıq nümayiş etdirirlər".

Komissiya sədri qeyd edib ki, bu məsələdə xarici ölkələr tərəfindən Azərbaycana kömək olunmalıdır.

"Təəssüflə bildirmək lazımdır ki, azad olunmuş ərazilərdə ermənilər tərəfindən basdırılmış minalar səbəbindən insanlar zərər çəkirlər. Günahsız mülki şəxslər minalara düşərək həlak, yaxud şikəst olurlar. Bu işdə Azərbaycana maddi yardım, habelə şikəst olmuş insanların müalicəsi üçün xüsusi lazımi təchizatlarla dəstək olunmalıdır. Bizim komissiya Azərbaycana yardım göstərəcək", - o vurğulayıb.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda yol-nəqliyyat hadisəsi olub, xəsarət alan var
  2. Bakıda gənc oğlan yol-nəqliyyat hadisəsində xəsarət alıb
  3. Babək prospektində təmir işləri aparılır, məhdudiyyət qoyulub
  4. İsmayıllı rayonunda zəlzələ olub
  5. Sumqayıtda silah-sursat aşkarlanıb
  6. Ağcabədidə iki avtomobil toqquşub, ölən var
  7. Zaqatala sakini ehtiyatsızlıqdan özünü güllələyərək öldürüb
  8. Yeni ildə yanıq xəsarətləri alan qadın bu gün xəstəxanada vəfat edib
  9. Ağsuda gənc oğlan yol qəzasında ciddi xəsarətlər alıb
  10. Lənkəranın 14 kəndində işıq olmayacaq
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
DİM taksi sürücüləri üçün növbəti imtahan keçirəcək
DİM taksi sürücüləri üçün növbəti imtahan keçirəcək
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün xüsusi hazırlıq keçən taksi minik avtomobili sürücüləri üçün növbəti imtahan keçirəcək. Ətraflı
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Bütün xəbərlər
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Şou biznes
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar