azadses.az » Dünya » BBC-nin Qətərlə bağlı riyakarlığı: Çirkaba bulaşmış “həqiqət güzgüsü”

BBC-nin Qətərlə bağlı riyakarlığı: Çirkaba bulaşmış “həqiqət güzgüsü”

Dünyada bir sıra nüfuzlu mətbuat orqanları var ki, onlar öz maraqları naminə böyük “ustalıq”la hətta hər zaman təbliğ etdikləri həqiqətləri belə bir anın içində heçə saymağı bacarırlar. Bunun üçün həmin həqiqətlərin sözügedən nüfuzlu nəşrlərin maraqları üst-üstə düşməməsi kifayət edir. Təbii ki, bu cür ikiüzlü yanaşma həm də həqiqətlərin kimlə bağlı olmasından, milli kimlikdən, baxış bucağından, hətta coğrafi mövqedən belə asılı olur.

İnformasiya müstəvisində dəfələrlə şahidi olduğumuz riyakar oyunların növbəti səhnəciyi BBC-nin efirində özünə yer tapıb. Şəffaflıq, qərəzsizlik kimi dünya mətbuatının təməl prinsiplərini guya özünə rəhbər tutan, daim bu xüsusiyyəti ilə öyünən BBC, əslində, bütün bu anlayışları maraqları naminə heçə saya biləcəyini ortaya qoyub.

Hazırda dünya ictimaiyyətinin gündəmində yer alan məsələlərdən biri də, sözsüz ki, Qətərdə keçirilən futbol üzrə dünya çempionatıdır. Hər bir mundialda, böyük idman yarışlarında azarkeşləri maraqlandıran əsas hissələrdən biri açılış mərasimləri olur. Adətən bu mərasimlərdə təşkilatçı ölkə dünya mədəniyyətinin tərkib hissəsi olan öz milli mədəniyyətini nümayiş etdirir, ön planda isə bütün dünyanı birləşdirən dəyərlərin hər bir xalqın mədəniyyətindəki təzahürləri dayanır. Qısacası, açılış mərasimləri həmin tədbirin birlik, bərabərlik, həmrəylik mesajının ötürücüsünə çevrilir.

BBC isə ötən gün Qətərin dünya ictimaiyyətinə verdiyi həmin mesajı yayımlamaqdan “könüllü” sürətdə imtina edib. Əvəzində isə Qətərlə bağlı qərəzli və riyakarlıq dolu materiala yer verilib.

Ötən gün BBC futbolun beşiyi sayılan İngiltərədə yerli azarkeşləri bu möhtəşəm idman tədbirinin, bəlkə də, bəşəri dəyərlər baxımından ən önəmli hissəsini izləmək hüququndan məhrum edib. Bilərək, istəyərək...

Elə haqlı olaraq müvafiq addım da azarkeşlər tərəfindən qəzəblə qarşılanıb, telekanalın riyakar yayım siyasəti kəskin tənqid olunub. Bir sıra digər nüfuzlu nəşrlər kimi həqiqətləri yalnız öz maraqları çərçivəsində təqdim etməyə öyrəşmiş BBC Qətərdə insan hüquqlarının pozulması hallarından bəhs etdiyi bir materialda öz izləyicilərinin elementar hüquqlarına hörmət qoymadığını nümayiş etdirib.

BBC izləyicilərinin rəyinin, hüquqlarının ziddinə gedərək sadəcə redaksiya, şirkət maraqları naminə, bəlkə də, hansısa sifariş əsasında, əslində, qurum olaraq öz mahiyyətini birmənalı olaraq ortaya qoyub.

İngilis azarkeşlər BBC-nin riyakarlıq tamaşası qarşısında məcbur olaraq açılış mərasimini onlayn platformalardan izləməli olublar. BBC isə həmin vaxt Qətərin ünvanına ittihamlar səsləndirməyə, qərəzli yanaşmasını ortaya qoymağa və heç bir səlahiyyəti olmadığı halda DÇ-nin təşkilatçı ölkəsini “topa tutmağa” davam edib.

Dünyanın informasiya müstəvisində liderlik, hegemonluq iddiasında olan BBC kimi bir nəşrin böyük riyakarlıqla Qətərə hücum etməsinin səbəbləri hər kəsə aydındır.

İlk səbəb elə seçilmiş tənqid obyektinin Qətər olmasıdır. O Qətər ki, Avropa deyil, o Qətər ki, orada avropalılar, amerikalılar yaşamır, o Qətər ki, BBC ilə eyni dinə, amala xidmət etmir.

Hər halda başdan-başa riyakarlıq tamaşası ortaya qoymaq üçün bütün bunlar BBC üçün kifayət qədər tutarlı səbəblərdir. Axı Qətər İslam ölkəsidir, axı burada ərəblər yaşayırlar...

Elə BBC-nin reallıqlara söykənməyən, sadəcə mübahisə predmetinin dinindən, dilindən, mövqeyindən asılı olan riyakar həqiqətləri də bu zaman özünü büruzə verməliydi axı...

Hər zaman inkar edilən, ancaq hər zaman da var olmuş həmin o ikili standartları tətbiq etmək üçün BBC-yə kim mane ola bilərdi ki, heç kim.

Məsələnin ən pis tərəfi isə bu cür nəşrlərin özlərində gördükləri haqlardır. BBC və bu qəbildən olan televiziyalar, nəşrlər hesab edirlər ki, onlar dünyada həqiqətin güzgüləridir. Ancaq ortaya qoyduqları işlər, açıq şəkildə tamamilə fərqli bir mənzərəni göstərir. BBC-nin xəyallarındakı həqiqət güzgüsü çoxdan çirkaba batıb və günü-gündən həmin güzgüdə əks olunan həqiqətlər cılızlaşmaqdadır.

Bu gün BBC-nin etdiyi özbaşınalıq cəzasız qala və ya görməzdən gəlinə bilər. Bu qərbin tipik ikili standartlarının təcəssümüdür. Ancaq heç bir halda televiziyanın, nəşrin öz nüfuzuna vurduğu ağır zərbə unudula bilməz. “Həqiqət carçısı”, “düz sözün ünvanı”, “demokratiya carçısı” kimi xüsusiyyətləri süni şəkildə özlərinə şamil edən BBC kimi televiziyalar elə öz yayımları ilə də həmin anlayışlara xəyanət etməyə davam edirlər. İnsan hüquqlarından bəh-bəhlə danışan, hüquq müdafiəçisi donuna bürünən BBC əgər özü həmin hüquqları bütün dünyanın gözü qarşısında pozursa, burada demokratiya, azad mətbuat və plüralizm adına deyiləsi heç nə qalmır. Belə olan halda isə BBC özünü nə adlandırır adlandırsın, öz təbliğatını necə qurur qursun, riyakar və iyrənc sifarişlərin at oynatdığı, həqiqətlərin maraqlara satıldığı bir quruma çevrilir...
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda yol-nəqliyyat hadisəsi olub, xəsarət alan var
  2. Bakıda gənc oğlan yol-nəqliyyat hadisəsində xəsarət alıb
  3. Babək prospektində təmir işləri aparılır, məhdudiyyət qoyulub
  4. İsmayıllı rayonunda zəlzələ olub
  5. Sumqayıtda silah-sursat aşkarlanıb
  6. Ağcabədidə iki avtomobil toqquşub, ölən var
  7. Zaqatala sakini ehtiyatsızlıqdan özünü güllələyərək öldürüb
  8. Yeni ildə yanıq xəsarətləri alan qadın bu gün xəstəxanada vəfat edib
  9. Ağsuda gənc oğlan yol qəzasında ciddi xəsarətlər alıb
  10. Lənkəranın 14 kəndində işıq olmayacaq
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
DİM taksi sürücüləri üçün növbəti imtahan keçirəcək
DİM taksi sürücüləri üçün növbəti imtahan keçirəcək
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün xüsusi hazırlıq keçən taksi minik avtomobili sürücüləri üçün növbəti imtahan keçirəcək. Ətraflı
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Bütün xəbərlər
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Şou biznes
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar