Kanadada Çörçilin “Kükrəyən aslan”ı ilə bağlı böyük fırıldağın üstü açılıb - FOTO
- 23-08-2022, 11:17
- Dünya
![](/uploads/posts/2022-08/medium/1661234992_jh464gtucrfk7ju3cgskz74pwm.jpg)
Belə ki, 1998-ci ildən hotelin oxu zalından asılan fotonun orijinalı surəti ilə əvəzlənib. Hadisənin üstü bu yaxınlarda açılıb. Baş verənlərlə əlaqədar hüquq-mühafizə orqanları araşdırmalara başlayıblar.
![](/uploads/posts/2022-08/medium/1661235017_touring-the-hotel-zoey.jpg)
Çörçilin bu şəkli 1941-ci ilin dekabrında “Şato Lorye”nin yaxınlığında yerləşən Kanada Parlamentində çıxış etdikdən sonra çəkilib. Foto siyasətçinin siqaretsiz ən məşhur obrazı hesab olunur. Adətən, Çörçil həmişə siqarla şəkil çəkdirirdi, lakin fotoqraf bu şəkli çəkərkən siqarı özü şəxsən baş nazirin əlindən alıb; Çörçil buna görə şəkildə pis əhval-ruhiyyədə görünür. Ehtimal ki, elə bu səbəbdən foto “Kükrəyən aslan” adlanıb.
![](/uploads/posts/2022-08/medium/1661235023_yousuf-karsh-winston-churchill-1941-1557x1960.jpg)