azadses.az » Dünya » Ərdoğanın sülh modeli: Türkiyənin təhlükəli ssenarilərə qarşı hazırlığı – TƏHLİL

Ərdoğanın sülh modeli: Türkiyənin təhlükəli ssenarilərə qarşı hazırlığı – TƏHLİL

Türkiyə Rusiya-Ukrayna müharibəsinin başlanmasından bəri Moskva ilə Kiyev arasında əlaqələri diqqətlə tarazlaşdırsa da, tərəfləri özünün təqdim etdiyi sülh modelinə razı sala bilmir.

Türkiyənin balanslaşdırma aktını üç meyarla ölçmək lazımdır:

1. Ukraynanın məğlub olmasının qarşısını almaq;

2. Qərblə həmrəylik nümayiş etdirmək, lakin Rusiya ilə münaqişədən qaçmaq;

3. Özünün qlobal teatrdakı hərbi-siyasi və geosiyasi çəkisini artırmaq.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Lvova səfər edərək ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşməsi Ankaranın formulunun kəşfiyyat xarakterli qiymətləndirilməsinə hesablanmışdı, hərçənd ki, Kiyev öz şərtləri ilə israrlı davranır.

Rusiya-Ukrayna münaqişəsinin uzanması yaraların metastaz verərək başqa regionlara sirayət etməsi və Türkiyənin qanlı-qadalı proseslərə cəlb edilməsi risklərini çoxaltdığından Ərdoğan üçün sülh mütləqdir.

Lakin Moskva ilə Kiyevin baxışlarındakı kəskin ziddiyyət Türkiyənin sülh modelini dərin geosiyasi tıxacda saxlayır və Ankara qarşısında daha diqqətli manevrlər tələbi qoyur.

Türkiyənin önündə maneələr qoyan Qərbdir, hərçənd ki, NATO özü Ankaranın sülh təşəbbüslərini də dəstəkləyir, amma bu dəstəyin sərhədləri limitlidir.

Ona görə ki, Türkiyə Qərbin mürəkkəb və gərgin əlaqələr yaşadığı Rusiya ilə tərəfdaşlıq münasibətlərini inkişaf etdirir və hərbi-texniki əməkdaşlıq haqqındakı təsəvvürlərini genişləndirir.

Qərbdə Türkiyəyə qarşı ən kəskin mövqedə duran böyük güclər ABŞ və Fransadır, məhz bu iki ölkənin patronajlığı altında anti-Türkiyə əhvali-ruhiyyəsi tüğyan edir, nəticədə isə Ankaranın Moskva-Kiyev münasibətlərinin nizamlanması yönündəki sülhməramlı imicinə zərbə vurmaq cəhdləri müşahidə edilir.

Ancaq hesab etmək yanlış olar ki, Qərb təpədən-dırnağa qədər Türkiyənin əleyhinədir, çünki nə qədər mübahisəli məqamlar olsa da, Ankara ilə birləşdirici tellər də mövcuddur.

Bu bağlantıya enerji gətirən amillər sırasında Türkiyənin qaz tədarükündəki rolu da var, Ankara həm Azərbaycandan (Cənub Qaz Dəhlizi), həm də Rusiyadan (“Türk axını”) Avropaya qaz çatdırılmasında mühüm rola yiyələnib.

İstənilən halda, Türkiyənin mövqeyi konstruktiv kriteriyalara, ərazi bütövlüyünə, suverenliyə hörmət prinsiplərinə əsaslanır, buna görə də qarşısında sədlər olsa da, təşəbbüslərini diplomatik aktivlərə çevirə bilir.

Türkiyənin incə tarazlığını qoruması onun Rusiyanın imperiya maraqlarının müdafiəçisi rolunda olması kimi dəyərləndirilə bilməz, Ankaranın indi dayandığı mövqe situativ şəraitin diktəsindən irəli gəlir.

Ərdoğan müxtəlif sahələr üzrə Ukraynaya dəstək göstərir, çünki başa düşür ki, Rusiyanın müharibədə udması Türkiyənin Qara dənizdəki mövqelərinə təhlükə yarada bilər.

Ancaq Rusiyanın da müharibədə qalib gəlmək ssenarisi riskinə qarşı özünü sığortalamaq məcburiyyətindədir.

Ona görə də Türkiyə Rusiya ilə münasibətlərin ruhunu incitmir və bu minvalla Ukraynaya da həlledici dəstək verir. Bu, konkret bir ölkəyə və ya onun liderinin xüsusiyyətlərinə vurğunluğun təzahürü yox, məhz prinsiplərin müdafiəsidir.

Ankara tonunu dəyişməyəcək, elə həssas balansla özünün xarici siyasətinə davam edəcək və Ukrayna münaqişəsi kontekstində Qərblə Rusiya arasında tərəf seçmək meylindən çəkinəcək. Ankaranı bundan fərqli mövqeyə məcbur edəcək dinamika yoxdur, olsa belə, onun öz dəst-xəttindən qopması baş tutmayacaq.

Ərdoğan Zelenski ilə görüşdən hələlik əliboş qayıtmış kimi görünür, lakin o, sülh təşəbbüslərindən əl çəkməyəcək.

Türkiyənin uzunmüddətli məqsədi özünü Ukraynadakı müharibənin yekununa hazırlamaqdır. Yəqin ki, Ərdoğan hakimiyyətində bununla bağlı müxtəlif ssenarilər üzrə strateji tezislər mövcuddur...
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda yol-nəqliyyat hadisəsi olub, xəsarət alan var
  2. Bakıda gənc oğlan yol-nəqliyyat hadisəsində xəsarət alıb
  3. Babək prospektində təmir işləri aparılır, məhdudiyyət qoyulub
  4. İsmayıllı rayonunda zəlzələ olub
  5. Sumqayıtda silah-sursat aşkarlanıb
  6. Ağcabədidə iki avtomobil toqquşub, ölən var
  7. Zaqatala sakini ehtiyatsızlıqdan özünü güllələyərək öldürüb
  8. Yeni ildə yanıq xəsarətləri alan qadın bu gün xəstəxanada vəfat edib
  9. Ağsuda gənc oğlan yol qəzasında ciddi xəsarətlər alıb
  10. Lənkəranın 14 kəndində işıq olmayacaq
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
İnsan beynində mikroplastik tapılıb
İnsan beynində mikroplastik tapılıb
Alimlər ilk dəfə insan beyninin toxumalarında mikroplastiklərin mövcudluğunu aşkar ediblər. Bu tapıntı plastikin insan Ətraflı
DİM taksi sürücüləri üçün növbəti imtahan keçirəcək
DİM taksi sürücüləri üçün növbəti imtahan keçirəcək
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün xüsusi hazırlıq keçən taksi minik avtomobili sürücüləri üçün növbəti imtahan keçirəcək. Ətraflı
Bütün xəbərlər
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Şou biznes
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar