azadses.az » Dünya » Azərbaycan Boks Federasiyasından İrəvandakı təxribatla bağlı SƏRT ETİRAZ

Azərbaycan Boks Federasiyasından İrəvandakı təxribatla bağlı SƏRT ETİRAZ

Azərbaycan Boks Federasiyası Ermənistanın paytaxtı İrəvanda boks üzrə Avropa çempionatının açılış mərasimində baş verən təxribatla bağlı Beynəlxalq Olimpiya Komitəsi (IOC), Beynəlxalq Boks Assosiasiyası (IBA), Avropa Boks Konfederasiyası (EUBC) və EUBC-yə üzv olan ölkələrin federasiyasına etiraz məktubu ünvanlayıb.

Bu barədə Boks Federasiyası məlumat yayıb.

Məktubda bildirilir:

“Bu yarış ümumdünya boks ailəsinin nəcib missiyası – insanları və ölkələri bir araya gətirməyə, idman vasitəsilə dostluq formalaşdırmağa xidmət etməlidir. Lakin təəssüf ki, 2022-ci il may ayının 22-də İrəvandakı Avropa çempionatında Olimpiya Xartiyasına zidd olaraq idmanın ruhuna və missiyasına uyğun olmayan hallar müşahidə olunub. Açılış mərasimində ev sahibi ölkə tərəfindən təxribatçı hərəkətlərə yol verilib, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının “simvolu” kimi qeyri-qanuni qurumun qondarma “bayrağı” nümayiş etdirilib. EUBC bayrağı altında keçirilən tədbirdə təxribat məqsədilə nümayiş etdirilən “simvol” əslində Ermənistanın işğalçılıq siyasətini göstərir və bu səbəbdən bu addım qəti şəkildə cəzalandırılmalıdır”.

Müraciətdə vurğulanıb ki, beynəlxalq tədbirləri təşkil edən hər bir ölkə Olimpiya Xartiyasına və ev sahibi ilə müqaviləyə uyğun olaraq idmandan siyasi məqsədlər üçün sui-istifadəyə imkan verməməlidir:

“Biz EUBC-dən ev sahibi ölkənin bu təxribatçı və düşməncəsinə hərəkətini ciddi nəzarətə götürməsini, hadisənin hərtərəfli araşdırılması üçün bütün vacib tədbirləri həyata keçirməsini, günahkarların və bu hadisənin baş verməsinə icazə verənlərin lazımi qaydada cəzalandırılmasını, bunun bir daha təkrarlanmamağının təminatı üçün vacib tədbirlərin həyata keçirilməsini tələb edirik”.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda yol-nəqliyyat hadisəsi olub, xəsarət alan var
  2. Bakıda gənc oğlan yol-nəqliyyat hadisəsində xəsarət alıb
  3. Babək prospektində təmir işləri aparılır, məhdudiyyət qoyulub
  4. İsmayıllı rayonunda zəlzələ olub
  5. Sumqayıtda silah-sursat aşkarlanıb
  6. Ağcabədidə iki avtomobil toqquşub, ölən var
  7. Zaqatala sakini ehtiyatsızlıqdan özünü güllələyərək öldürüb
  8. Yeni ildə yanıq xəsarətləri alan qadın bu gün xəstəxanada vəfat edib
  9. Ağsuda gənc oğlan yol qəzasında ciddi xəsarətlər alıb
  10. Lənkəranın 14 kəndində işıq olmayacaq
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
DİM taksi sürücüləri üçün növbəti imtahan keçirəcək
DİM taksi sürücüləri üçün növbəti imtahan keçirəcək
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün xüsusi hazırlıq keçən taksi minik avtomobili sürücüləri üçün növbəti imtahan keçirəcək. Ətraflı
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Bütün xəbərlər
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Şou biznes
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar