azadses.az » Dünya » Ərdoğan: “Rusiya ilə bağladığımız müqavilə NATO üçün heç bir problem yaratmır”

Ərdoğan: “Rusiya ilə bağladığımız müqavilə NATO üçün heç bir problem yaratmır”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Trabzonda gənclərlə bir araya gəlib.

Dövət başçısı yerli kitabxanada tələbələrin sullarını cavablandırıb.

Prezident Rusiya ilə münasibətlər, Rusiya-Ukrayna gərginliyi, S-400 və F-35-lərlə bağlı mövcud narazılıqlar fonunda Türkiyə-ABŞ əlaqələri, eləcə də bir sıra digər beynəlxalq məsələrə dair maraqlı açıqlamalar verib.

Ərdoğan ölkəsinin xarici siyasətdəki məqsədinin daha çox düşmən deyil, dost qazanmaq olduğunu bildirib.

“Biz bu günə qədər istər yaxın qonşu olan Rusiya ilə, istər Ukrayna ilə, istərsə də cənub tərəfdən İranla, xüsusən də Avropa ölkələri ilə həmişə dostluq etməyə çalışmışıq. Təbii ki, Rusiya ilə heç zaman indiki dövrümüzdəki kimi dostluq münasibətləri olmayıb. Daha da əhəmiyyətlisi, bu dövrdə ticarət dövriyyəsi baxımından çox ciddi bir həcmə çatmışıq. Xüsusən də strateji məhsullarda, o cümlədən də təbii qaz alışında münasibətimiz çox inkişaf edib. Bildiyiniz kimi, bizim atdığımız yeni addım Rusiya ilə nüvə enerjisi sahəsində də əməkdaşlıq etməkdir. Hazırda Akkuyu Atom Elektrik Stansiyası tikilir. İnşallah, 2023-cü ildə bu atom elektrik stansiyası inşa olunacaq və orada istehsala başlanacaq. Bu arada onlarla ikinci atom elektrik stansiyasını da qura biləcəyimiz barədə cənab Putinlə söhbət etmişik. Bu, ölkəmizi nüvə enerjisi, eləcə də təbii qazla təmin etmək baxımından çox vacibdir. Bu, mənim fikrimcə, xarici siyasətin ən mühüm sütunudur”, - deyə dövlət başçısı bəyan edib.

O, ABŞ-la üz-üzə gəlmək istəmədiklərini də bildirib.

“Digər tərəfdən bizim S-400 məsələmiz Türkiyə ilə Rusiya arasında çox əhəmiyyətli bir addımdır. S-400 çox vacib müdafiə sistemidir. Siz artıq bilirsiniz ki, biz S-400-ləri aldığımız andan beynəlxalq ictimaiyyət ciddi şəkildə narahat olub. Biz Rusiya ilə müqavilə bağlamışıq və bu, NATO üçün heç bir problem yaratmır. Çünki NATO ölkələrinin hər biri silahlanmada öz qərarını verərək silahını alır və biz də bu qərarı vermişik. Təbii ki, Amerikaya pulunu ödədiyimiz halda, təəssüf ki, bizə verilməyən məhsullar var ki, onlardan ən əsası F-35-dir. F-35 ilə bağlı ABŞ-a 1 milyard 450 milyon dollar ödəmişik. Amma bizə lazım olan F-35-ləri vermədilər. Hazırda Müdafiə Nazirliyi xəttilə müəyyən görüşlər keçirib bu problemi həll etmək istəyirik. Çünki biz ABŞ-la üz-üzə gəlmək istəmirik. Onlarla bir çox sahələrdə əməkdaşlığımız var. Biz F-16-ları modernləşdirməklə və ya bizə bir neçə yeni F-16 verməklə bunu həll etməyə çalışacağıq. Təbii ki, yeri gəlmişkən, fevralın 3-ü və ya 4-ü Ukraynaya səfərim olacaq. Ukrayna ilə yüksək səviyyəli strateji şuranın iclası üçün bir günlük bu ölkəyə gedəcəyik. Sonra cənab Putin bizə baş çəkəcək. Təbii ki, bizim çalışdığımız Ukrayna ilə Rusiya arasındakı bu problemi həll etməkdir. Biz Rusiya ilə Ukrayna arasında belə bir müharibə istəmirik. Bu müharibə haqqında hər zaman danışılır. Bu, region üçün yaxşı əlamət deyil. Biz NATO ölkəsi olaraq belə bir şey istəmirik, qəbul etmirik. NATO-nun baş katibi Stoltenberq öz bəyanatları ilə artıq bizim üçün də yol açıb. Ümid edirəm ki, bunu sülh yolu ilə həll edə biləcəyik, inşallah”, - deyə Ərdoğan qeyd edib.

Mənbə: “Haber Global”
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda yol-nəqliyyat hadisəsi olub, xəsarət alan var
  2. Bakıda gənc oğlan yol-nəqliyyat hadisəsində xəsarət alıb
  3. Babək prospektində təmir işləri aparılır, məhdudiyyət qoyulub
  4. İsmayıllı rayonunda zəlzələ olub
  5. Sumqayıtda silah-sursat aşkarlanıb
  6. Ağcabədidə iki avtomobil toqquşub, ölən var
  7. Zaqatala sakini ehtiyatsızlıqdan özünü güllələyərək öldürüb
  8. Yeni ildə yanıq xəsarətləri alan qadın bu gün xəstəxanada vəfat edib
  9. Ağsuda gənc oğlan yol qəzasında ciddi xəsarətlər alıb
  10. Lənkəranın 14 kəndində işıq olmayacaq
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
DİM taksi sürücüləri üçün növbəti imtahan keçirəcək
DİM taksi sürücüləri üçün növbəti imtahan keçirəcək
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün xüsusi hazırlıq keçən taksi minik avtomobili sürücüləri üçün növbəti imtahan keçirəcək. Ətraflı
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Bütün xəbərlər
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Şou biznes
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar