azadses.az » Dünya » “Rossiya 24” telekanalında Azərbaycanla bağlı veriliş yayımlandı

“Rossiya 24” telekanalında Azərbaycanla bağlı veriliş yayımlandı

Bu gün “Rossiya 24” telekanalında Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 30 illiyinə və Azərbaycan Prezidenti İlham Əliyevin 60 illiyinə həsr olunmuş “Hakimiyyət formulu” verilişi yayımlanıb.

“Azadsəs.az” xəbər verir ki, “Hakimiyyət formulu” verilişinin daimi aparıcısı, TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman verilişi Prezident İlham Əliyevin Azərbaycanın inkişaf planlarını bölüşdüyü on il əvvələ aid kadrlarla açıb.


Qeyd olunub ki, bu illər ərzində bütün planlar reallığa çevrildi. Verilişdə Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən qlobal enerji və nəqliyyat layihələrindən, ölkəmizin bütün sahələrdə dinamik inkişafından, beynəlxalq təşkilatlara, xüsusilə də Qoşulmama Hərəkatına uğurla sədrlik edən Azərbaycanın artan nüfuzundan, koronavirus pandemiyası dövründə inkişaf etməkdə olan ölkələrə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən yüksək qiymətləndirilən böyük humanitar yardımından bəhs edilib.

Azərbaycanın əsas problemi həll olundu, Dağlıq Qarabağ münaqişəsi keçmişdə qaldı. Prezident İlham Əliyev müsahibəsində ölkənin ərazi bütövlüyünü bərpa etməsindən, əzəli Azərbaycan torpaqlarını işğaldan azad etməsindən danışıb. Verilişdə işğaldan azad edilmiş torpaqların bərpası prosesini, Azərbaycan dövlətinin başçısının Qarabağ torpaqlarına səfərlərini əks etdirən kadrlar təqdim olunub.

Mixail Qusman Azərbaycanda müxtəlif millətlərin və dinlərin nümayəndələrinə qarşı qədim zamanlardan bəri hökm sürən tolerantlıq mühitini xüsusi qeyd edib. Aparıcı bildirib ki, o, bunu şəxsən özü bilir. “Multikulturalizm azərbaycanlıların qanındadır”, - deyə Mixail Qusman vurğulayıb.

Verilişdə, həmçinin fəal inkişaf edən Azərbaycan-Rusiya əlaqələrindən danışılıb. Rusiya Prezidenti Vladimir Putinin Prezident İlham Əliyevi yubileyi münasibətilə təbrikində Azərbaycana sürətli tərəqqi arzularını əks etdirən kadrlar da nümayiş olunub. Prezident İlham Əliyevin Azərbaycan ilə Rusiya arasında bütün istiqamətlərdə, xüsusilə humanitar sahədə genişlənən uğurlu əlaqələr barədə fikirləri də təqdim edilib.

Veriliş telekanalın həm gecə, həm də səhər efirində yayımlanıb.

DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda yol-nəqliyyat hadisəsi olub, xəsarət alan var
  2. Bakıda gənc oğlan yol-nəqliyyat hadisəsində xəsarət alıb
  3. Babək prospektində təmir işləri aparılır, məhdudiyyət qoyulub
  4. İsmayıllı rayonunda zəlzələ olub
  5. Sumqayıtda silah-sursat aşkarlanıb
  6. Ağcabədidə iki avtomobil toqquşub, ölən var
  7. Zaqatala sakini ehtiyatsızlıqdan özünü güllələyərək öldürüb
  8. Yeni ildə yanıq xəsarətləri alan qadın bu gün xəstəxanada vəfat edib
  9. Ağsuda gənc oğlan yol qəzasında ciddi xəsarətlər alıb
  10. Lənkəranın 14 kəndində işıq olmayacaq
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
DİM taksi sürücüləri üçün növbəti imtahan keçirəcək
DİM taksi sürücüləri üçün növbəti imtahan keçirəcək
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün xüsusi hazırlıq keçən taksi minik avtomobili sürücüləri üçün növbəti imtahan keçirəcək. Ətraflı
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Bütün xəbərlər
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Şou biznes
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar