“Deyirdilər, Azərbaycan darmadağın edilib, hər şey tərsinəymiş” - Erməni anaları+Video
![](/uploads/posts/2021-11/medium/1636800946_ermeni.jpg)
“Azadsəs.com” xəbər verir kİ, müharibənin 20-ci günündə Azərbaycanın işğal altındakı Cəbrayıl rayonunda həlak olmuş Erik hacikyanın anası və xalası Azadlıq radiosunun erməni bürosuna danışıblar. Onlar ordunu hazırlıqsız şəraitdə müharibəyə başladan rəhbərliyi ittiham ediblər. Erməni əsgərin xalası Zara Çabinyan hazırlıqsız müharibə aparmağın satqınlıq olduğunu deyib:
“İdarəçilik zəif olub. Bunun nəticəsində də itkilərin sayı-hesabı yoxdur. Bunun adı xalqa xəyanətdirmi? Bəli”.
Erməni əsgərin anası Lilit Hacikyan Müdafiə Nazirliyini müharibə boyunca yalan məlumat yaymaqda ittiham edib:
“Müdafiə Nazirliyi deyirdi ki, guya hər şey yaxşıdır, qələbə bizimlədir. Biz də inanırdıq ki, Azərbaycan darmadağın edilib və tezliklə tam qələbə çalacağıq. Amma durum tam tərsinəymiş”.