azadses.az » Dünya » Yaponiyada zəlzələ zamanı xəsarət alanların sayı 153 nəfərə çatdı

Yaponiyada zəlzələ zamanı xəsarət alanların sayı 153 nəfərə çatdı

Ötən şənbə Yaponiyanın Honsü adasının Fukusima prefekturasında 7,3 bal gücündə baş vermiş zəlzələ zamanı azı 12 nəfər ağır xəsarətlər alıb.

''Azad Səs'' “Report”-a istinadən xəbər verir ki, bu barədə parlamentin aşağı palatasının büdcə komissiyasında müzakirələri zamanı ölkənin baş naziri Yosihide Suqa bildirib.

Onun sözlərinə görə, təbii hadisə zamanı zərər çəkənlərin ümumi sayı 153 nəfərə çatıb, həlak olan yoxdur.

"Mənə 12 insanın ağır travmalar aldığını, 141 nəfərin xəsarətlərinin nisbətən yüngül olduğunu bildirdilər", - baş nazir deyib.

Hökumət rəhbərinin sözlərinə görə, dəmir yolunun zərər çəkmiş sahələrindən birində qatarların hərəkəti ləğv edilib. Zəlzələ səbəbindən yaranmış uçqun Honsü adasının şimal-şərqində avtomobil şosesinə ziyan vurub.

"Hökumət zərər çəkmiş ərazidə normal həyatı mümkün qədər tez bərpa etmək üçün lazımi köməyi göstərir”, - baş nazir əlavə edib.

Qeyd edək ki, fevralın 13-də Yaponiyanın şimal-şərq sahillərində 7,13 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Fukusima prefekturasının sahillərində, ocağı 60 kilometr dərinlikdə yerləşib.

Yeraltı təkanlar paytaxt Tokio ilə yanaşı, daha yeddi prefekturada hiss olunub. Yaponiyanın Baş naziri Yoşihide Suqa bildirib ki, zəlzələ nəticəsində nüvə obyektlərinə ziyan dəyməyib. Ölkənin Milli Meteorologiya İdarəsi həftə ərzində bir neçə yeraltı təkanın baş verəcəyi barədə xəbərdar edib.

DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda yol-nəqliyyat hadisəsi olub, xəsarət alan var
  2. Bakıda gənc oğlan yol-nəqliyyat hadisəsində xəsarət alıb
  3. Babək prospektində təmir işləri aparılır, məhdudiyyət qoyulub
  4. İsmayıllı rayonunda zəlzələ olub
  5. Sumqayıtda silah-sursat aşkarlanıb
  6. Ağcabədidə iki avtomobil toqquşub, ölən var
  7. Zaqatala sakini ehtiyatsızlıqdan özünü güllələyərək öldürüb
  8. Yeni ildə yanıq xəsarətləri alan qadın bu gün xəstəxanada vəfat edib
  9. Ağsuda gənc oğlan yol qəzasında ciddi xəsarətlər alıb
  10. Lənkəranın 14 kəndində işıq olmayacaq
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
DİM taksi sürücüləri üçün növbəti imtahan keçirəcək
DİM taksi sürücüləri üçün növbəti imtahan keçirəcək
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün xüsusi hazırlıq keçən taksi minik avtomobili sürücüləri üçün növbəti imtahan keçirəcək. Ətraflı
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Bütün xəbərlər
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Şou biznes
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar