Главная > Cəmiyyət > "Azərenerji"dən "qəza" açıqlaması
"Azərenerji"dən "qəza" açıqlaması27-02-2020, 17:54. Разместил: azadses |
Yüksək gərginlikli xəttə qəza baş verib Bu gün Bakının Suraxanı və Nizami rayonlarının bəzi ərazilərini əhatə edən yüksək gərginlikli xəttə baş vermiş qəza nəticəsində elektrik enerjisinin verilişində fasilə yaranıb. Azadsəs-in məlumatına görə, bunu “Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və media mərkəzinin rəisi Teymur Abdullayev bildirib. Onun sözlərinə görə, əməliyyat heyətinin operativ fəaliyyəti nəticəsində elektrik enerjisinin verilişi bərpa edilib. Вернуться назад |