azadses.az » Cəmiyyət » Azərbaycanda iki rayonun inzibati ərazi bölgüsünün ləğvi təklif edilir

Azərbaycanda iki rayonun inzibati ərazi bölgüsünün ləğvi təklif edilir

"Azərbaycan Respublikasında dövlət idarəçiliyinin optimallaşdırılması, şəffaflaşdırılması, onun operativliyinin və səmərəliliyinin yüksəldilməsi Prezident İlham Əliyev tərəfindən həyata keçirilən islahatların mühüm tərkib hissəsidir”.
''Azad Səs'' Sfera.az-a istinadən xəbər verir ki, bunu apa-ya açıqlamasında millət vəkili Naqif Həmzəyev bildirib.
N. Həmzəyev deyib ki, müxtəlif vaxtlarda yerli və mərkəzi icra orqanlarının strukturu, fəaliyyət istiqamətləri, prinsipləri, vəzifə və öhdəliklərinin dəqiqləşdirilməsi, paralelliyin aradan qaldırılması, qərarların çevik qəbul olunması və vəzifələrin mümkün qədər səmərəli icrası ilə bağlı qanunvericilik təşəbbüsləri irəli sürülüb: "Hazırda həyata keçirilən islahatlar paketinin mühüm tərkib hissəsi kimi Milli Məclis, Prezident Administrasiyası, Nazirlər Kabinetində həyata keçirilən struktur dəyişiklikləri müsbət nəticələrini verir. Bu gün dövlət orqanlarının fəaliyyətində müşahidə olunan operativlik, ictimai rəyə, vətəndaşların problemlərinə həssas yanaşma, bürokratik əngəllərin, korrupsiya, rüşvətxorluq və digər neqativ hallara qarşı kəskin mübarizə əhali tərəfindən təqdir olunur, yeni idarəetmə fəlsəfəsi ictimai rəydə daha çox rəğbət qazanır. Bütün bunlar göstərir ki, qarşıdan gələn dövrdə də yerli və mərkəzi icra orqanlarının fəaliyyətinin optimallaşdırılması ilə bağlı tədbirlər davam etdiriləcək. Gəncə şəhəri Nizami və Kəpəz rayonları inzibati ərazi bölgüsünün ləğv edilməsi ilə bağlı irəli sürülən təşəbbüs ölkənin ikinci böyük şəhərində idarəetmənin keyfiyyətinin yüksəldilməsi və vətəndaşların rahatlığının, məmnunluğunun təmin edilməsi məqsədi daşıyır. Əhalisinin sayına görə Gəncə şəhərinə yaxın olan Sumqayıt şəhərinin nümunəsi göstərir ki, idarəçiliyin bir mərkəzdən həyata keçirilməsi daha səmərəli və optimal mexanizmdir”.
Millət vəkili qeyd edib ki, bunun nəticəsində vətəndaşların müraciətlərinə baxılma mexanizmi sadələşdiriləcək, onların problemləri daha çevik şəkildə həll olunacaq, idarəetmə sistemində çoxpilləlilik, paralellik, təkrarçılıq, bürokratiya, süründürməçilik və digər bu kimi neqativ hallar aradan qaldırılacaq: "Eyni zamanda əhalinin sosial-mədəni və məişət ehtiyaclarının ödənilməsi və qanunçuluğun təmin edilməsi ilə bağlı qərarların icrasının səmərəliliyi daha da artacaq, böyük idarəetmə aparatı ləğv ediləcək və büdcə vəsaitlərinin sərfiyyatına qənaət olunacaq”.

DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda yol-nəqliyyat hadisəsi olub, xəsarət alan var
  2. Bakıda gənc oğlan yol-nəqliyyat hadisəsində xəsarət alıb
  3. Babək prospektində təmir işləri aparılır, məhdudiyyət qoyulub
  4. İsmayıllı rayonunda zəlzələ olub
  5. Sumqayıtda silah-sursat aşkarlanıb
  6. Ağcabədidə iki avtomobil toqquşub, ölən var
  7. Zaqatala sakini ehtiyatsızlıqdan özünü güllələyərək öldürüb
  8. Yeni ildə yanıq xəsarətləri alan qadın bu gün xəstəxanada vəfat edib
  9. Ağsuda gənc oğlan yol qəzasında ciddi xəsarətlər alıb
  10. Lənkəranın 14 kəndində işıq olmayacaq
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
DİM taksi sürücüləri üçün növbəti imtahan keçirəcək
DİM taksi sürücüləri üçün növbəti imtahan keçirəcək
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün xüsusi hazırlıq keçən taksi minik avtomobili sürücüləri üçün növbəti imtahan keçirəcək. Ətraflı
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Bütün xəbərlər
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Şou biznes
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar