azadses.az » Cəmiyyət » “Huawei” Azərbaycanda İKT sahəsi üzrə istedadlı kadrların inkişafına töhfə verir

“Huawei” Azərbaycanda İKT sahəsi üzrə istedadlı kadrların inkişafına töhfə verir

“Huawei Technologies Azerbaijan” Bakıda “Seds for the Future” layihəsinin bağlanış mərasimini keçirib.

“Report” xəbər verir ki, mərasimdə çıxış edən “Huawei Azerbaijan” şirkətinin Baş İcraçı Direktoru David Xu qeyd edib ki, “Huawei” innovativ və rəqəmsal bacarıqlar üzrə təhsilin keyfiyyətini və əlçatanlığını artırmaq, rəqəmsal dünyanı Azərbaycan xalqı üçün daha əlçatan etmək, hər bir gəncin ən son rəqəmsal texnologiyaya çıxışını hərtərəfli şəkildə təmin etmək üçün Azərbaycana dəstək olmaqdan məmnundur.

Çinin Azərbaycandakı Səfirliyinin ticarət və iqtisadi məsələlər üzrə müşaviri Çi Ma isə əlavə edib ki, “Huawei” Azərbaycanda rəqəmsal islahatların aparılması prosesində fəal şəkildə iştirak edib, Azərbaycan xalqına yüksək keyfiyyətli məhsul və texnoloji xidmətlər təqdim etməyə davam edir.

“Seeds for the Future” proqramı dörd əsas dəyər əsasında qurulmalıdır: İnnovasiya, Rəqəmsallaşma, Davamlılıq və Sahibkarlıq.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) bütün proses ərzində bu layihəyə tam dəstək göstərib. Qurumun sədri vəzifəsini müvəqqəti icra edən İnarə Vəliyeva qeyd edib: "Biz Azərbaycanda təkcə geosiyasi dəyişikliklərin deyil, həm də iqtisadiyyatda, xüsusən də İKT sahəsində inkişafın müşahidə olunduğu çox məhsuldar dövrləri yaşayırıq".

İlk dəfə 2008-ci ildə Taylandda, 2016-cı ildə isə Azərbaycanda əsası qoyulan “Seeds for the Future” “Huawei”in ən uzun müddət dava edən və ən yüksək investisiyaya malik korporativ səviyyəli KSM flaqman proqramıdır. 2022-ci ilin sonuna qədər Azərbaycandan ümumilikdə 76 tələbə proqramı başa vurub.

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov isə qeyd edib ki, “Huawei” şirkəti Azərbaycanda ilk dəfə olaraq rəhbərlik etdiyi ali təhsil ocağında İT Akademiyası yaradıb və bu yaxınlarda onun açılışı olacaq.

“Dünyada ixtisaslaşmış istedadlı kadrların yetişdirilməsində və texnoloji inkişaf üçün zəruri ekosistemin yaradılması sahələrində rəqabət müşahidə olunur. Bu məqsədə nail olmaq üçün bir çox ölkələr öz strategiyalarını işləyib hazırlayıblar. Azərbaycanın 2022-2026-cı illər üçün nəzərdə tutulan sosial-iqtisadi inkişaf strategiyası var” - deyə Azərbaycan Texnologiya Universitetinin rektoru Yaşar Ömərov bildirib.

2023-cü ildə 5 tələbə Doha və Dubayda iki həftəlik “Seeds for the Future” təlim proqramında iştirak etmək üçün dəvət olunub. Azərbaycan komandasına Çində keçiriləcək “Tech4Good” Qlobal Müsabiqəsində 2023-də 100 000 ABŞ dolları dəyərində startap fondu uğrunda mübarizə aparmaq imkanı əldə etmək şansı verilib.“Bu tələbələrin hansı ali məktəbdən olmasından asılı olmayaraq, onların hər biri Azərbaycanı təmsil edir. Onlar gələcəkdə “Huawei”nin tərəfdaş şirkəti ola biləcək bir ideya irəli sürə bilərlər”,- deyə ADA Universitetinin İnformasiya texnologiyaları və mühəndislik fakültəsinin dekanı Abzatdin Adamov yekunda qeyd edib.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Lənkəranın 14 kəndində işıq olmayacaq
  2. Xaçmazda avtomobili narkotiklərin və spirtli içkinin təsiri altında idarə edən 25 sürücü aşkar olunub
  3. Bakıda qadın evdə ölü tapılıb
  4. Bakıda avtomobil qadını vuraraq öldürüb
  5. Xəzər dənizində zəlzələ olub
  6. Ötən gün ölkədə 41 kiloqramdan artıq narkotik aşkarlanıb
  7. Saatlıda narkotik vasitələrin satışı ilə məşğul olmaqda təqsirləndirilən iki nəfər həbs edilib
  8. Qaradağda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub
  9. Qubada küçə itləri 3 nəfərə xəsarət yetirib
  10. Türkiyədə sobanı qızdırmağa çalışan işçi bədbəxt hadisə ilə üzləşib
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Londonda Azərbaycan ilə Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. “Report”un Ətraflı
Bütün xəbərlər
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Şou biznes
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar