azadses.az » Cəmiyyət » “Bu gün də uşaqlara “Dilənçi”, “Cındır” kimi adlar verilir”

“Bu gün də uşaqlara “Dilənçi”, “Cındır” kimi adlar verilir”

“Bu gün də uşaqlara “Dilənçi”, “Cındır” kimi adlar verilir”

“Tövsiyə olunmayan adlarla bağlı işlər davam etdirilir”.

“Qafqazinfo” xəbər verir ki, bunu APA-ya açıqlamasında AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda Terminologiya şöbəsinin müdiri və AMEA Rəyasət Heyəti yanında Terminologiya Komissiyasının sədr müavini professor Sayalı Sadıqova deyib.

Onun sözlərinə görə, bu gün də bu cür adlar qoyulur: “2014-cü ildə biz belə adları topladıq və məlum oldu ki, 1800-ə qədər bu cür ad var. Həmin adlar daha çox Sovet hökuməti dövründə qoyulurdu. Amma günü bu gün də, təəssüf ki, yenə bu kimi hallara rast gəlinir. Yəni valideynlər tərəfindən “Dilənçi”, “Cındır” kimi adlar övladlarına verilir. Valideynlərlə söhbətlər zamanı onlara bu cür adlardan istifadənin gələcəkdə övladları üçün psixoloji problem yaradacağı izah edilir. Bilirsiniz, adlar milli kimliyi və azərbaycançılıq ideyasını özündə ehtiva etməlidir. Bu baxımdan, ad məsələsi həssas məqamdır”.



Sayalı Sadıqova qeydiyyat idarələrində bu cür adların qarşısının alınması zamanı ad və soyadlarla bağlı qərarlara əsaslanıldığını vurğulayıb: “Qeydiyyat idarələrində valideynlər bu cür adları vermək istədikdə ad və soyadlarla bağlı maddələrə əsaslanaraq onların qarşısı alınır. Məsələn, birinin nəslində Gürzəbəyim adı olub və indi o adı övladına vermək istəyir. Bu zaman həmin valideynlərə izah edilir ki, “gürzə” və “bəyim”in yanaşı işlənməsi doğru deyil. Bu uşağın gələcək taleyinə təsir edə bilər. Bu səbəbdəndir ki, 18 yaşına çatdıqda bəzi gənclər adlarını dəyişmək üçün müraciət edir”.

Professor həm oğlanlara, həm də qızlara qoyulan ortaq adlara da toxunub: “Həmçinin qız adının oğlana, oğlan adının qıza qoyulması halları da olur. Bunlarla bağlı da müəyyən tövsiyyələr verilir, maarifləndirmə işləri aparılır. Amma onu da deyim ki, elə adlar var, onlar, həqiqətən, ortaqdır”.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda yol-nəqliyyat hadisəsi olub, xəsarət alan var
  2. Bakıda gənc oğlan yol-nəqliyyat hadisəsində xəsarət alıb
  3. Babək prospektində təmir işləri aparılır, məhdudiyyət qoyulub
  4. İsmayıllı rayonunda zəlzələ olub
  5. Sumqayıtda silah-sursat aşkarlanıb
  6. Ağcabədidə iki avtomobil toqquşub, ölən var
  7. Zaqatala sakini ehtiyatsızlıqdan özünü güllələyərək öldürüb
  8. Yeni ildə yanıq xəsarətləri alan qadın bu gün xəstəxanada vəfat edib
  9. Ağsuda gənc oğlan yol qəzasında ciddi xəsarətlər alıb
  10. Lənkəranın 14 kəndində işıq olmayacaq
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
DİM taksi sürücüləri üçün növbəti imtahan keçirəcək
DİM taksi sürücüləri üçün növbəti imtahan keçirəcək
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün xüsusi hazırlıq keçən taksi minik avtomobili sürücüləri üçün növbəti imtahan keçirəcək. Ətraflı
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Bütün xəbərlər
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Şou biznes
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar