azadses.az » Cəmiyyət » Məhkəmə karantinə görə polisin yazdığı cəriməni ləğv etdi

Məhkəmə karantinə görə polisin yazdığı cəriməni ləğv etdi

Azərbaycanda koronavirus pandemiyasına qarşı tətbiq edilən karantin rejimi çərçivəsində Bakı başda olmaqla, bir sıra şəhər və rayonlarda vətəndaşların SMS-icazə və ya icaze.gov.az portalında işinə dair icazə əsasında hərəkət etməsi mümkündür.
Əks halda, karantin qaydalarının icrasına nəzarət edən polis əməkdaşı həmin şəxsi İnzibati Xətalar Məcəlləsinə görə cərimə edir. Bu müddət ərzində əsassız olaraq cərimələndiklərini iddia edən vətəndaşlar da olub. Onlardan biri belə protokolun ləğvinə nail ola bilib.
Qafqazinfo xəbər verir ki, Quba rayon sakini olan və Bakıda bankların birində sürücü işləyən şəxs Quba Rayon Məhkəməsinə müraciət edərək, onun barəsində polis əməkdaşının İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə  tərtib etdiyi protokolun ləğv edilməsini istəyib.
Həmin şəxs iddia ərizəsində bildirib ki, işlədiyi banka məxsus “Mitsubishi L200” markalı avtomobillə hərəkət edərkən, Ramana qəsəbəsinin çıxışından aeroport yoluna doğru gedərkən yol patrul xidməti tərəfindən qurulmuş postda saxlanılıb.
Ondan karantinlə əlaqədar evdən çıxmaqla bağlı icazəsinin olub-olmadığı soruşulub. O isə bankda sürücü işlədiyini bildirib və bununla bağlı iş icazəsini rəsmi qaydada təqdim edib. Buna baxmayaraq, polis əməkdaşı barəsində İXM-nin 211-ci maddəsinin tələbinin pozulması ilə bağlı qərar qəbul edib.
Həmin qərarın surəti isə sonda ona təqdim edilməyib. Yalnız həmin gün ərzində inzibati xəta haqqında portokolun tərtib olunması haqda mobil telefonuna SMS göndərilib. 
İddiaçı şəxs qeyd edib ki, heç bir inzibati xəta törətmədiyindən əsassız olaraq barəsində qəbul edilmiş protokol ləğv edilməlidir. 
İşə baxılmasının yeri və vaxtı barədə protokol tərtib edən polis əməkdaşına və Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinə məlumat verilsə də, onların nümayəndəsi məhkəmə iclasında iştirak etməyib və işə baxılmasının təxirə salınması haqqında məhkəməyə vəsatət verilməyib. Belə olan halda, məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edib. 
Məhkəmə iş sənədini tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, hazırki inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərar İnzibati Xətalar Məcəlləsinin tələblərinin kobud surətdə pozularaq tərtib edildiyindən şikayət ərizəsi qismən təmin edilməlidir.
Belə ki, iş sənədlərinə əlavə edilmiş Elektron Hökümətin İnkişaf Mərkəzinin icaza.e-qov.az sənədin surətindən görünür ki, iddiaçı şəxsə cərimə prokotolu yazıldığı müddətdə icazə verilib. 
Məhkəmə, iş sənədlərini tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, DİN BDYPİ tərəfindən tərtib edilmiş protokol əsasında qəbul edilmiş inzibati xəta haqqında qərar qərar ləğv edilməli və inzibati işin yenidən araşdırılması üçün DİN BDYPİ-nə göndərilməlidir.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda yol-nəqliyyat hadisəsi olub, xəsarət alan var
  2. Bakıda gənc oğlan yol-nəqliyyat hadisəsində xəsarət alıb
  3. Babək prospektində təmir işləri aparılır, məhdudiyyət qoyulub
  4. İsmayıllı rayonunda zəlzələ olub
  5. Sumqayıtda silah-sursat aşkarlanıb
  6. Ağcabədidə iki avtomobil toqquşub, ölən var
  7. Zaqatala sakini ehtiyatsızlıqdan özünü güllələyərək öldürüb
  8. Yeni ildə yanıq xəsarətləri alan qadın bu gün xəstəxanada vəfat edib
  9. Ağsuda gənc oğlan yol qəzasında ciddi xəsarətlər alıb
  10. Lənkəranın 14 kəndində işıq olmayacaq
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
DİM taksi sürücüləri üçün növbəti imtahan keçirəcək
DİM taksi sürücüləri üçün növbəti imtahan keçirəcək
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün xüsusi hazırlıq keçən taksi minik avtomobili sürücüləri üçün növbəti imtahan keçirəcək. Ətraflı
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Bütün xəbərlər
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Şou biznes
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar