azadses.az » Cəmiyyət » Ombudsman ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun qərəzli yanaşmasına etiraz bəyanatı yayıb

Ombudsman ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun qərəzli yanaşmasına etiraz bəyanatı yayıb

Azərbaycan Ombudsmanı ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun qərəzli yanaşmasına etiraz bəyanatı yayıb.

Ombudsman Aparatından verilən xəbərə görə, bəyanatda deyilir:

“ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu tərəfindən “Twitter” sosial şəbəkəsində Azərbaycan və Ermənistan xalqları arasında nifrət hissini artırmaqla milli ədavəti qızışdırmağa və başlanmış kövrək sülh prosesini pozmağa yönəlmiş qərəzli məlumat yayımlanıb.

Bildiririk ki, Ermənistan silahlı qüvvələri tərəfindən azərbaycanlı hərbi əsirlərin qəddarcasına qətlə yetirilməsi, insanlığa sığmayan digər hərəkətlərə yol verilməklə işgəncə və təhqirə məruz qalması ilə bağlı çoxsaylı təkzibolunmaz sübutlar mövcuddur.

Sosial şəbəkələrdə və digər media resurslarında azərbaycanlı hərbi əsirlərə qarşı törədilmiş müharibə cinayətlərini təsdiq edən faktları əks etdirən videogörüntülərlə bağlı ATƏT-ə, habelə BMT, Avropa İttifaqı, Avropa Şurası və onların ixtisaslaşmış qurumlarına, digər səlahiyyətli beynəlxalq və regional təşkilatlara tərəfimizdən dəfələrlə müraciətlər edilmiş, hesabatlar təqdim olunmuşdur.

Təəssüflər olsun ki, Azərbaycandan fərqli olaraq Ermənistan tərəfi bu kimi faktlarla bağlı heç bir araşdırma aparmır və bununla da beynəlxalq humanitar hüquq normalarından irəli gələn öhdəliklərə əməl etmir.

Bununla belə, Azərbaycana münasibətdə ikili standartlara yol verilərək Ermənistan tərəfindən törədilmiş müharibə cinayətlərinə ATƏT tərəfindən heç bir reaksiya verilmir, əksinə, ölkəmiz barədə həqiqəti əks etdirməyən qərəzli məlumatlar paylaşılmaqla sülhyaratma fəaliyyətinin pozulmasına yönəlmiş addımlar atılır.

Məlum olduğu kimi, artıq Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci il Almatı Bəyannaməsinə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıyıblar.

Bu baxımdan tərəflərin bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanımaqla sülhə daha da yaxınlaşdığı hazırkı çox həssas bir vaxtda məqsədli şəkildə nümayiş etdirilən bu qərəzli münasibəti kəskin şəkildə qınayır, ATƏT-i tərəflər arasında davamlı sülhün təşviqinə və insan hüquqlarının təmininə xidmət edən ədalətli mövqe nümayiş etdirməyə çağırırıq”.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda yol-nəqliyyat hadisəsi olub, xəsarət alan var
  2. Bakıda gənc oğlan yol-nəqliyyat hadisəsində xəsarət alıb
  3. Babək prospektində təmir işləri aparılır, məhdudiyyət qoyulub
  4. İsmayıllı rayonunda zəlzələ olub
  5. Sumqayıtda silah-sursat aşkarlanıb
  6. Ağcabədidə iki avtomobil toqquşub, ölən var
  7. Zaqatala sakini ehtiyatsızlıqdan özünü güllələyərək öldürüb
  8. Yeni ildə yanıq xəsarətləri alan qadın bu gün xəstəxanada vəfat edib
  9. Ağsuda gənc oğlan yol qəzasında ciddi xəsarətlər alıb
  10. Lənkəranın 14 kəndində işıq olmayacaq
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
DİM taksi sürücüləri üçün növbəti imtahan keçirəcək
DİM taksi sürücüləri üçün növbəti imtahan keçirəcək
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün xüsusi hazırlıq keçən taksi minik avtomobili sürücüləri üçün növbəti imtahan keçirəcək. Ətraflı
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Bütün xəbərlər
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Şou biznes
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar