azadses.az » Cəmiyyət » Hacıyev-Sallivan danışıqları: ABŞ və Azərbaycan nəyi “bölüşdürürlər”? – TƏHLİL

Hacıyev-Sallivan danışıqları: ABŞ və Azərbaycan nəyi “bölüşdürürlər”? – TƏHLİL

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ-da səfərdədir.

Hikmət Hacıyev səfəri zamanı ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla görüşüb.

Rusiya-Ukrayna müharibəsinin uzanması, dünyada humanitar böhranın yaranması, enerji resurslarına baxışların redaktə edilməsi ABŞ və Britaniyanı region ölkələri ilə dil tapmağa və əməkdaşlıqda yeni səhifələr açmağa vadar edir.

Çünki ikitərəfli və çoxtərəfli əməkdaşlıqda yeni səhifələrin açılması Ağ Evlə London üçün müdafiəedici istiqamətlər formalaşdırır.

ABŞ-ın son zamanlar Azərbaycana isti münasibət sərgiləməsinin motivləri də həmin amillərə söykənir.

Azərbaycanın Cənubi Qafqazda yeni reallıq yaratması, Türkiyə ilə münasibətlərini ittifaq səviyyəsinə qədər yüksəltməsi Birləşmiş Ştatların bu ikiliyə münasibətində müsbət impulslar yaradır.

ABŞ-ın bununla da hədəflədikləri aşağıdakılardır:

1. Rusiya-Ukrayna müharibəsindən sonra qlobal güclərin pay bölgüsünü müəyyən etmək təşəbbüsünü ələ almaq və öz üstünlüyünü təmin edən rıçaqlar formalaşdırmaq;

2. Rusiya ilə coğrafi yaxınlıq təşkil edən regionlarda Kremlin maraqlarını sıxışdırıb kənara çıxarmaq;

3. Qlobal enerji bazarlarında hegemonluğunu təmin etmək.

ABŞ hədəflərinin hər birinə çatmaq üçün Azərbaycanla əməkdaşlığın mühərrikini gücləndirmək əzmini nümayiş etdirir, hərçənd ki, Bakının Ankara ilə sürətli yaxınlaşmasına görə qısqanclığa da qapılır.

ABŞ supergüc olduğundan onun təhlükəsizliyə yanaşmasının sərhədləri də genişdir, elə bu səbəbdəndir ki, Sallivan Hacıyevlə danışıqlar masasına oturub və Azərbaycanın gələcək rolu barədə konturların cızılması üçün Bakının tezislərini dəyərləndirir.

Azərbaycan da ABŞ-ın strateji yanaşmasını dəqiqləşdirmək və ortaya çıxa biləcək risklərdə Vaşinqtonun yaxasını kənara çəkməməsi üçün mövqeyini ifadə edir.

Düşünmək olar ki, Sallivan Azərbaycanın Rusiya ilə əməkdaşlıq xəttindən ayrılaraq üzünü Vaşinqtona tutması üçün şəraitin yaradılmasına Bakını əmin etmək istəyir. Lakin Azərbaycan dövləti özünün balanslı siyasətindən qopan deyil, sadəcə bu balansda çəki dərəcələrini yenidən nəzərdən keçirən konsepsiya ortaya qoyur.

Buna rəvac verən Azərbaycan-Türkiyə strateji müttəfiqliyidir: “Şifrəni” açmağa çalışaraq qeyd edək ki, ABŞ Bakı-Ankara münasibətlərinə nə qədər qısqanc yanaşsa da, bir tərəfdən də bu amil ona sərf edir.

Çünki Türkiyənin NATO üzvü kimi Cənubi Qafqazda hərbi-siyasi dozasını artırması Vaşinqtonu qane edir, amma Ankaranın bu iştirakının bəzi cizgilərini Rusiya ilə uzlaşdırması Ağ Evi qıcıqlandırır.

Türkiyə ilə iplərin qırılması isə ABŞ-a qətiyyən fayda gətirmir, ona görə də Azərbaycan-Türkiyə-ABŞ üçbucağında uzlaşdırma müzakirələrinin aparılması vacibdir.

Yəqin, buna görədir ki, Hikmət Hacıyev Türkiyənin Vaşinqtondakı səfiri Həsən Murat Mərcanla görüşüb və ehtimal ki, Sallivanla danışıqlarının nəticələrini türkiyəli diplomatla müzakirə edib.

YEKUN olaraq qeyd etmək lazımdır ki, ABŞ Azərbaycana dair yanaşmasında ən azından ortamüddətli strategiya hazırlayır və bunun elementləri Bakı-Vaşinqton xəttində müzakirə predmetinə çıxarılır.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda yol-nəqliyyat hadisəsi olub, xəsarət alan var
  2. Bakıda gənc oğlan yol-nəqliyyat hadisəsində xəsarət alıb
  3. Babək prospektində təmir işləri aparılır, məhdudiyyət qoyulub
  4. İsmayıllı rayonunda zəlzələ olub
  5. Sumqayıtda silah-sursat aşkarlanıb
  6. Ağcabədidə iki avtomobil toqquşub, ölən var
  7. Zaqatala sakini ehtiyatsızlıqdan özünü güllələyərək öldürüb
  8. Yeni ildə yanıq xəsarətləri alan qadın bu gün xəstəxanada vəfat edib
  9. Ağsuda gənc oğlan yol qəzasında ciddi xəsarətlər alıb
  10. Lənkəranın 14 kəndində işıq olmayacaq
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
DİM taksi sürücüləri üçün növbəti imtahan keçirəcək
DİM taksi sürücüləri üçün növbəti imtahan keçirəcək
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün xüsusi hazırlıq keçən taksi minik avtomobili sürücüləri üçün növbəti imtahan keçirəcək. Ətraflı
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Bütün xəbərlər
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Şou biznes
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar