azadses.az » Cəmiyyət » FHN-də AFAD Baş əməliyyat departamentinin nümayəndə heyəti ilə görüş keçirildi

FHN-də AFAD Baş əməliyyat departamentinin nümayəndə heyəti ilə görüş keçirildi

Respublikamızda səfərdə olan Türkiyə Fövqəladə Halların İdarə olunması Agentliyinin (AFAD) Baş əməliyyat departamentinin rəisi Yusuf Aysunun rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Fövqəladə Hallar Nazirliyində olub.

“Azadsəs.az” xəbər verir ki, fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev Türkiyə Fövqəladə Halların İdarə olunması Agentliyinin (AFAD) Baş əməliyyat departamentinin rəisi Yusuf Aysunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Qonaqları səmimi salamlayan Etibar Mirzəyev yüksək səviyyədə inkişaf edən Azərbaycan-Türkiyə əlaqələrindən bəhs edib, BMT çərçivəsində fəaliyyət göstərən Beynəlxalq Axtarış-Xilasetmə üzrə Məşvərətçi Qrupu tərkibində ölkələrimizin müvafiq qurumlarının səmərəli əməkdaşlığının əhəmiyyətindən danışıb.

Görüşdə “Azərbaycanla Türkiyə arasında İqtisadi Əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 9-cu iclasının Protokolu”na əlavə olan Azərbaycan – Türkiyə İqtisadi Əməkdaşlığına dair Fəaliyyət Planının 110-cu maddəsində qeyd olunan axtarış və xilasetmə sahəsində məlumat və təcrübə mübadiləsinin aparılmasının mütəmadi olaraq həyata keçirilməsi, tədris və təlim imkanlarının araşdırılması məqsədilə hər iki ölkə arasında əməkdaşlıq səfərlərinin və aidiyyəti üzrə işçi görüşlərin həyata keçirilməsi məsələləri ilə bağlı qarşılıqlı fikir mübadiləsi aparılıb.

Bundan əlavə, görüş çərçivəsində Nazirliyin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin fəaliyyətinin BMT tərəfindən qəbul edilmiş beynəlxalq standartlara uyğun olaraq təşkili və İNSARAG klassifikasiyasından müvəffəqiyyətlə keçməsi məqsədilə ikitərəfli görüşlərin və məsləhətləşmələrin davam etdirilməsinin vacibliyi vurğulanıb.

Etibar Mirzəyev Nazirliyin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin fəaliyyətinin İNSARAG klassifikasiyasından müvəffəqiyyətlə keçməsi üçün göstərdiyi dəstəyə görə Türkiyə tərəfinə öz təşəkkürünü bildirib.

Səmimi görüşə görə təşəkkürünü bildirən Türkiyə Fövqəladə Halların İdarə olunması Agentliyinin Baş əməliyyat departamentinin rəisi Yusuf Aysu ölkələrimizin müvafiq qurumları arasında axtarış və xilasetmə sahəsində, həmçinin Azərbaycan – Türkiyə İqtisadi Əməkdaşlığına dair Fəaliyyət Planına uyğun olaraq Fövqəladə Hallar Nazirliyinin Akademiyası ilə Türkiyənin müvafiq təhsil müəssisələri arasında əməkdaşlığın həyata keçirilməsinin vacibliyini vurğulayıb.

O, eyni zamanda Nazirliyin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin İNSARAG klassifikasiyasından müvəffəqiyyətlə keçməsi üçün gələcəkdə AFAD tərəfindən lazımı dəstəyin göstəriləcəyini qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, səfər çərçivəsində AFAD nümayəndə heyəti FHN-in Akademiyasının fəaliyyəti ilə yaxından tanış olublar.

DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda yol-nəqliyyat hadisəsi olub, xəsarət alan var
  2. Bakıda gənc oğlan yol-nəqliyyat hadisəsində xəsarət alıb
  3. Babək prospektində təmir işləri aparılır, məhdudiyyət qoyulub
  4. İsmayıllı rayonunda zəlzələ olub
  5. Sumqayıtda silah-sursat aşkarlanıb
  6. Ağcabədidə iki avtomobil toqquşub, ölən var
  7. Zaqatala sakini ehtiyatsızlıqdan özünü güllələyərək öldürüb
  8. Yeni ildə yanıq xəsarətləri alan qadın bu gün xəstəxanada vəfat edib
  9. Ağsuda gənc oğlan yol qəzasında ciddi xəsarətlər alıb
  10. Lənkəranın 14 kəndində işıq olmayacaq
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
DİM taksi sürücüləri üçün növbəti imtahan keçirəcək
DİM taksi sürücüləri üçün növbəti imtahan keçirəcək
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün xüsusi hazırlıq keçən taksi minik avtomobili sürücüləri üçün növbəti imtahan keçirəcək. Ətraflı
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Bütün xəbərlər
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Şou biznes
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar