azadses.az » Cəmiyyət » “Ali təhsili olmayan reyestrə daxil olmur, jurnalistika ilə məşğul ola bilər”

“Ali təhsili olmayan reyestrə daxil olmur, jurnalistika ilə məşğul ola bilər”

“Media Reyestrinə daxil olmaq üçün jurnalistlərə 3 il staj və ali təhsilin olması tələb kimi qoyulub”.

“Azadsəs.az” xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov İTV-də “Diqqət mərkəzi” verilişində bildirib.

Onun sözlərinə görə, eyni zamanda jurnalist etikasına riayət edilməsi məsələsi də vacibdir.

“Amma qeyd edim ki, ali təhsilin olması Media Reyestrinə düşmək üçün tələbdir, bu jurnalistika fəaliyyəti ilə məşğul olmaq üçün tələb deyil. Ali təhsiliniz olmadan da jurnalist fəaliyyəti ilə məşğul ola bilərsiniz, buna qanunveicilikdə heç bir məhdudiyyət qoyulmayıb. Lakin reyestre düşmək müəyyən daha üstün imtiyazlardan istifadə etmək üçündür”.

Ə. İsmayılov bildirib ki, vahid Media Reyestrinə jurnalistlər öz istəkləri ilə müraciət edib daxil ola bilərlər. Bu reyestrə daxil olmayan jurnalistin jurnalistika fəaliyyəti ilə məşğul olması, informasiya alması ilə bağlı hər hansı məhdudiyət qoyulmayıb. Qanunda belə müddəalar mövcud deyil, reyestrdə olmayan jurnalistlər də informasiya almaq, yaymaq hüququna malikdirlər.

Agentlik rəsmisi həmçinin jurnalistlər üçün olan güzəştləri də sadalayıb:

“Artıq güzəştli ipotekadan jurnalistlərimiz də yararlana biləcəklər, biz jurnalistlər də bu siyahıya əlavə edilmişik. Bu imtiyazlardan istifadə edən jurnalistlərimiz həm də tələblərə uyğun olmalıdırlar. 5 ildən yuxarı olan jurnalist işləyən gənc ailə üzvü və 15 ildən yuxarı stajı olan jurnalistlərimizin bu güzəştdən yararlanmaq hüququ var. İpotekanın verilməsi isə ailənin büdcəsilə hesablanır, tək fərdin əmək haqqı ilə yox. Güzəştli olması o deməkdir ki, daha aşağı əmək haqqı alan kateqoriyada olan insanlar bundan istifadə etsinlər. Prezidentin fərmanı ilə jurnalistlər də bu kateqoriyaya aid edilib. "Media haqqında" Qanunun müddəaları bizə imkan verir ki, gələcəkdə də güzəştlərlə bağlı layihələrlə çıxış edək”.

Jurnalistlərin rəsmiləşdirilmədən fəaliyyət göstərməsinə gəlincə isə, Ə. İsmayılov bildirib ki, ancaq qanunvericilikdə olan münasibətlərdən danışa bilərik. Jurnalistlər qanunvericilikdən kənar, rəsmiləşdirilmədən fəaliyyət göstərilibsə, bu məsələnin həlli MEDİA Agentliyinin səlahiyyətində deyil.

Qeyd edək ki, güzəştli ipoteka kreditindən yalnız Media Reyestrinə daxil edilmiş şəxslər yararlana biləcəklər.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda yol-nəqliyyat hadisəsi olub, xəsarət alan var
  2. Bakıda gənc oğlan yol-nəqliyyat hadisəsində xəsarət alıb
  3. Babək prospektində təmir işləri aparılır, məhdudiyyət qoyulub
  4. İsmayıllı rayonunda zəlzələ olub
  5. Sumqayıtda silah-sursat aşkarlanıb
  6. Ağcabədidə iki avtomobil toqquşub, ölən var
  7. Zaqatala sakini ehtiyatsızlıqdan özünü güllələyərək öldürüb
  8. Yeni ildə yanıq xəsarətləri alan qadın bu gün xəstəxanada vəfat edib
  9. Ağsuda gənc oğlan yol qəzasında ciddi xəsarətlər alıb
  10. Lənkəranın 14 kəndində işıq olmayacaq
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
DİM taksi sürücüləri üçün növbəti imtahan keçirəcək
DİM taksi sürücüləri üçün növbəti imtahan keçirəcək
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün xüsusi hazırlıq keçən taksi minik avtomobili sürücüləri üçün növbəti imtahan keçirəcək. Ətraflı
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Bütün xəbərlər
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Şou biznes
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar