Azərbaycanda koronavirusa yoluxanların sayı 700 minə çatır
![](/uploads/posts/2022-02/medium/1644164406_4ba18744-e86b-384f-8770-9a01dc7b0bb9_850.png)
“Report” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Son sutkada 25 nəfər COVID-19-dan dünyasını dəyişib.
İndiyədək ölkədə ümumilikdə 698 654 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 646 378 nəfər müalicə olunaraq sağalıb, 8 871 nəfər vəfat edib. 43 405 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 19 043, bu günə qədər isə ümumilikdə 6 267 457 test icra olunub.
![](/uploads/posts/2022-02/medium/1644164501_37561037-63b8-366c-b6ef-2c3cdbb642f3.jpg)