azadses.az » Cəmiyyət » “Yeni idarəetmə sistemi imkan verəcək ki, təyyarə biletlərinin qiyməti tənzimlənsin” - MÜSAHİBƏ

“Yeni idarəetmə sistemi imkan verəcək ki, təyyarə biletlərinin qiyməti tənzimlənsin” - MÜSAHİBƏ

Azərbaycanda aviabiletlərin baha olması ilə bağlı narazılıqlar bu günün söhbəti deyil. Elə təkcə qonşu Gürcüstandan Türkiyə, Rusiya və Avropa ölkələrinə uçuşların bizim ölkədən xeyli ucuz olması daim sərnişinlər tərəfindən müqayisə predmetinə çevrilir.

“Ölkəyə xaricdən turist gəlməsində aviabiletlərin ucuz olması böyük rol oynayır”, - deyə turizmçilər də qeyd edirlər.

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev aviabiletlərin qiymətinin bahalığı və bu amilin ölkə turizmində rolu ilə bağlı "Kaspi” qəzetinin əməkdaşlarının suallarını cavablandırıb.

- Fuad müəllim, keçən ay Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid aviabiletlərin bahalığı ilə bağlı açıqlamasında “Ümid edirik ki, yaxın günlərdə bu məsələ həllini tapacaq”, - deyə qeyd etmişdi. Məsələnin həlli istiqamətində hər hansı irəliləyiş varmı?

- Bildiyiniz kimi, ölkə prezidentinin sərəncamı ilə İnvestisiya Holdinqi yaradılıb. Azərbaycan Hava Yollarının (AZAL) idarəetməsi hazırda həmin holdinqə verilib. Bununla bağlı tərəfdaşımız olan dövlət qurumları ilə əməkdaşlıq edirik. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi İnvestisiya Holdinqi, AZAL və başqa qurumlarla danışıqlar aparır. Bu, prosesi tənzimləyəcək. Amma Dövlət Turizm Agentliyi biletlərin qiymətini formalaşdıra bilməz. Əlbəttə, rəqabət olsa, bu, bilet qiymətlərinə də təsir edəcək. Əgər başqa ölkələrin aviaşirkətləri Bakıya gəlsələr, bu, qiymətlərin formalaşmasında rol oynayacaq. Bəli, hazırda biletlərin qiyməti bizim üçün bir qədər sual altındadır. Biz çalışırıq ki, daha çox beynəlxalq aviaşirkətlər Bakıya gəlsinlər və turistləri gətirsinlər. Dövlət Turizm Agentliyi olaraq çalışacağıq ki, daha çox xarici aviaşirkətlərlə əməkdaşlıq olsun.

- Yəqin siz lou-kost (aşağı büdcəli) aviaşirkətləri nəzərdə tutursunuz?

- Əlbəttə, lou-kost aviaşirkətlərini də nəzərdə tuturuq. Bizim planlarımız çox böyük idi. Ölkəyə çoxlu turistlər gəlməyə başladı. Körfəz ölkələrindən çoxlu aviaşirkətlər gəldi. Amma pandemiya bütün planlarımızı pozdu. Bütün proseslərin tənzimlənməsi və inkişaf üçün viza prosesinin qaydada olması və biletlərin qiymətləri əsasdır. Başqa ölkələrlə müqayisədə bizim otellərdə qiymətlər o qədər yüksək deyil. Amma viza da əlçatan olmalıdır.

Məsələn, Koreya vətəndaşı 187, alman vətəndaşı 196 ölkəyə vizasız gedə bilir. Düzdür, elektron viza bizə çox kömək etdi, buna görə ölkəmizə çoxlu turistlər gəldi. Amma biz daha çox turist dəvət edə bilərik. Azərbaycanın potensialı o qədər böyükdür ki, bizim çoxlu turist qəbul etmək imkanımız var. Qeyd etdiyim kimi, bizdə otellərin qiyməti və xidmətlər normal səviyyədədir. Eyni zamanda, bölgələrdə otellər normal səviyyədədir. Treninq keçirir, monitorinq aparırıq və bu sahələrdə xidmətin normal olduğunu görürük. Bu, bizi çox sevindirir. Sadəcə, biletlərlə bağlı məsələ gündəmdə qalır. Hesab edirəm ki, yeni idarəetmə sistemi bizə imkan verəcək ki, biletlərin qiyməti tənzimlənsin.

- Necə düşünürsünüz, əgər biletlərin qiymətlərində tənzimlənmə baş verərsə, ən çox turist axını hansı ölkədən ola bilər? Hədəf bazarınız hansılardır?

- Hədəf bazarımız həmişə Rusiya olub, indi də elədir. 2019-cu ildə Rusiyadan 916 min, Gürcüstandan 820 min nəfər turist gəldi. Düzdür, gələnlərin hamısını turist adlandırmaq olmaz, aralarında öz evinə gələn vətəndaşlarımız da var. Və yaxud hansısa biznes məqsədilə sərhədi keçib gəlirlər. Bizim üçün ilk növbədə Rusiya, Gürcüstan, İran bazarı hədəfdir. 2019-cu ildə İrandan Azərbaycana 255 min adam gəlib.

- Bəs Türkiyə bazarından gözləntilər necədir?

- Türkiyənin potensialı çox böyükdür. Orada marketinq strategiyasını hansı formada həyata keçirmək haqqında düşünürük. Türkiyədə işləməyə başlayacağıq. Ancaq pandemiya şəraiti bizə imkan vermir. Məsələn, hər hansı vacib sərgidə iştirak edib-etməyəcəyimizi qabaqcadan planlaşdıra bilmirik. Sərgi bizim üçün önəmlidir, amma bir həftə əvvəl ondan imtina etməli oluruq. Biz yaxınlarda İsraildə turizm ofisi açdıq. 2016-cı ildə İsraildən ölkəmizə 15 min turist gəlmişdi. Sonra artım oldu. Biz İsraildə cüzi işlər həyata keçirdik. 2019-cu ildə 48 min adam gəldi. Həmçinin Çin, Koreya və Avropa ölkələrindən gələn turistlərin sayında artım oldu. Artıq turizmin sifəti də yavaş-yavaş dəyişir. Bizə əvvəllər daha çox körfəz ölkələrindən gəlirdilərsə, 2019-cu ildə istiqamət dəyişdi - Avropa, Cənubi Asiya ölkələrindən gələnlər artdı. Bu, bizim üçün maraqlıdır. Bu onun göstəricisidir ki, insanlar gələcək. Biz sadəcə, prosesin içində olaraq onu tənzimləməliyik.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Lənkəranın 14 kəndində işıq olmayacaq
  2. Xaçmazda avtomobili narkotiklərin və spirtli içkinin təsiri altında idarə edən 25 sürücü aşkar olunub
  3. Bakıda qadın evdə ölü tapılıb
  4. Bakıda avtomobil qadını vuraraq öldürüb
  5. Xəzər dənizində zəlzələ olub
  6. Ötən gün ölkədə 41 kiloqramdan artıq narkotik aşkarlanıb
  7. Saatlıda narkotik vasitələrin satışı ilə məşğul olmaqda təqsirləndirilən iki nəfər həbs edilib
  8. Qaradağda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub
  9. Qubada küçə itləri 3 nəfərə xəsarət yetirib
  10. Türkiyədə sobanı qızdırmağa çalışan işçi bədbəxt hadisə ilə üzləşib
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Londonda Azərbaycan ilə Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. “Report”un Ətraflı
Bütün xəbərlər
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Şou biznes
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar