azadses.az » Cəmiyyət » Mərkəzin direktoru sakini “qara siyahı”ya salıb? - Agentlikdən RƏSMİ CAVAB

Mərkəzin direktoru sakini “qara siyahı”ya salıb? - Agentlikdən RƏSMİ CAVAB

Lənkəran rayon sakini özünüməşğulluq proqramından yararlana bilmədiyini bildirir.
Boladi kənd sakini Fətullazadə Üzeyir Hüseynağa oğlu iddia edir ki, proqram üçün Lənkəran rayon 15 saylı ərazi üzrə məşğulluq mərkəzinə müraciət etsə də, onun müraciətləri cavabsız qalıb:
“Qurumun direktoru Əlizamin Mustafayev məni mərkəzin “qara siyahısı”na salıb. İşsiz olmağıma baxmayaraq, 2018-ci ildən bu günə qədər mənə əsassız olaraq cavablar yazılıb və məni mərkəzdən təcrid ediblər. Mərkəzdə işsiz kimi qeydiyyata alındığım vaxtdan bu günə qədər heç bir iş təklifi edilməyib.
Sonuncu müraciətimdə Əlizamin Mustafayevə bildirdim ki, mənə heç olmasa, özünüməşğulluq üçün mal qara verilsin. Müraciətimə heç bir cavab verilməyib”.
Məsələ barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi ilə əlaqə saxladıq.
Agentlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Lənkəran rayonu Boladi kənd sakini Fətullazadə Üzeyir Hüseynağa oğlunun müraciətində 2018-ci ildən 15 saylı ƏMM-nin direktoru Əlzamin Mustafayevin onu get-gələ saldığını iddia etməsi əsassızdır:
“Ə.Mustafayev 2020-ci ilin iyul ayından 15 saylı ərazi üzrə məşğulluq mərkəzinin direktoru olaraq çalışır. Eyni zamanda bildiririk ki, Ü.Fətullazadə ilə 11 fevral 2021-ci il tarixində əlaqə saxlanılıb və söhbət zamanı məlum olub ki, vətəndaş iribuynuzlu heyvandarlıq zərfi üzrə özünüməşğulluq proqramından yararlanmaq istəyir. 
Ü.Fətullazadə 12 fevral 2021-ci il tarixində 15 saylı ərazi üzrə məşğulluq mərkəzində qəbul edilib. Vətəndaşa 14 aprel 2020-ci il tarixindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (MEİS) “Məşğulluq” altsistemində işsiz kimi qeydiyyata alındığı bildirilərək, Nazirlər Kabinetinin 13 may 2020-ci il tarixli 168 nomrəli Qərarı ilə təsdiq olunmuş “İşsiz şəxslərin özünüməşğulluğunun təşkili Qaydası”na uyğun olaraq hüququ müəyyən edilərsə, proqrama növbəlilik əsasında cəlb ediləcəyi barədə müvafiq izahatlar verilib”.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda yol-nəqliyyat hadisəsi olub, xəsarət alan var
  2. Bakıda gənc oğlan yol-nəqliyyat hadisəsində xəsarət alıb
  3. Babək prospektində təmir işləri aparılır, məhdudiyyət qoyulub
  4. İsmayıllı rayonunda zəlzələ olub
  5. Sumqayıtda silah-sursat aşkarlanıb
  6. Ağcabədidə iki avtomobil toqquşub, ölən var
  7. Zaqatala sakini ehtiyatsızlıqdan özünü güllələyərək öldürüb
  8. Yeni ildə yanıq xəsarətləri alan qadın bu gün xəstəxanada vəfat edib
  9. Ağsuda gənc oğlan yol qəzasında ciddi xəsarətlər alıb
  10. Lənkəranın 14 kəndində işıq olmayacaq
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
DİM taksi sürücüləri üçün növbəti imtahan keçirəcək
DİM taksi sürücüləri üçün növbəti imtahan keçirəcək
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün xüsusi hazırlıq keçən taksi minik avtomobili sürücüləri üçün növbəti imtahan keçirəcək. Ətraflı
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Bütün xəbərlər
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Şou biznes
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar