azadses.az » Cəmiyyət » Daşınmaz əmlak bazarında SON VƏZİYYƏT- Qarabağda torpaq almaq istəyənlər çoxalır

Daşınmaz əmlak bazarında SON VƏZİYYƏT- Qarabağda torpaq almaq istəyənlər çoxalır

“COVID-19 virusu tamamilə həyatımızdan çıxmasa da, hazırda daşınmaz əmlak bazarı postpandemiya dövrünü yaşayır”.
Bu barədə Modern.az-a danışan daşınmaz əmlak üzrə ekspert Rəşad Əliyev bildirib ki, karantin rejiminin yumşaldılması ilə qismən də olsa bazar canlanır:
 
“Həm də bazardakı süstlük sırf pandemiya ilə də bağlı deyildi. Nəzərə amaq lazımdır ki, hələ pandemiyadan əvvəl bazarda müəyyən gərginlik yaranmışdı.
Hazırda əsas hadisələrdən biri də Qarabağın işğaldan azad edilməsidir. Həmin ərazilərdə yenidənqurma işlərinin aparılacaq, bölgəyə kifayət qədər vəsaitlərin yönləndirilməsinin şahidi olacağıq. Amma ümumilikdə bunun daşınmaz əmlak bazarına birbaşa təsiri gözlənilmir. Burada gözləntilər iki istiqamətdədir. Birincisi, həmin ərazilərdə bərpa işlərinin aparılması və ikincisi, vətəndaşların geri dönüşüdür. Əhalinin qayıtması tədricən baş verəcək. Üstəlik nəzərə almaq lazımdır ki, qayıdacaqların heç də hamısı əmlak sahibi deyil. Həmin vətəndaşların hamısının bölgəyə qayıdacağı da sual altındadır. Çox güman ki, Bakıda evi, şəraiti olanların heç də hamısı Qarabağa qayıtmayacaq. Buna görə də prosesin əmlak bazarına, qiymət azalmasına təsir edəcəyini düşünmürəm”.
 
Qarabağda torpaq alqı-satqısının hansı qaydada aparılacağına gəlincə, ekspert deyib ki, bu, hələ müəyyənləşməyib:
 
“Qarabağ gələcəyin perspektiv zonasıdır. İlk növbədə ərazilər minadan təmizlənməli, bərpa prosesi həyata keçirilməlidir. Bundan sonra güman olunur ki, qeydiyyatı olan vətəndaşlara orada torpaqlar veriləcək. Digər tərəfdən, başqa yerlərdən Qarabağda torpaq almaq istəyənlər üçün proses necə olacaq o, müəyyələşməyib. Yəni bunlar sonrakı proseslərdir. Amma indidən orada torpaq almaq istəyənlər çoxdur.
 
Ümumilikdə, gələcəkdə qiymətlərə ərazinin turizm istiqamətində inkişafı da təsir edəcək.  İnsanlar daha çox hara getmək istəyəcək, orada qiymətlər daha cəlbedici olacaq. Bunlara da təsir edəcək amillər ərazinin relyefi, təbiəti, təbii su mənbələri və s.dir. Sözsüz ki, yaxşı infrastruktur təşkil edilmiş ərazilərdə torpaqlar bu baxımdan daha baha olacaq”.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Lənkəranın 14 kəndində işıq olmayacaq
  2. Xaçmazda avtomobili narkotiklərin və spirtli içkinin təsiri altında idarə edən 25 sürücü aşkar olunub
  3. Bakıda qadın evdə ölü tapılıb
  4. Bakıda avtomobil qadını vuraraq öldürüb
  5. Xəzər dənizində zəlzələ olub
  6. Ötən gün ölkədə 41 kiloqramdan artıq narkotik aşkarlanıb
  7. Saatlıda narkotik vasitələrin satışı ilə məşğul olmaqda təqsirləndirilən iki nəfər həbs edilib
  8. Qaradağda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub
  9. Qubada küçə itləri 3 nəfərə xəsarət yetirib
  10. Türkiyədə sobanı qızdırmağa çalışan işçi bədbəxt hadisə ilə üzləşib
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Londonda Azərbaycan ilə Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. “Report”un Ətraflı
Bütün xəbərlər
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Şou biznes
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar