azadses.az » Cəmiyyət » DYP avtobus və taksi sürücülərinə müraciət etdi

DYP avtobus və taksi sürücülərinə müraciət etdi

Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi ictimai nəqliyyat vasitələrinin (avtobus və taksi) sürücülərinə müraciət edib.

İdarənin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov "Azad Səs"-ə bildirib ki, sərnişinlərin rahat və təhlükəsiz daşınmasını texniki cəhətdən saz vəziyyətdə olan nəqliyyat vasitələri ilə həyata keçirtmək lazımdır.

O qeyd edib ki, taksi fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələrində "Taksi" tanınma nişanları ilə avtomobilin damında müvafiq fənərlə, sağ və sol qapılarda şahmat qaydasında yerləşdirilmiş damalarla təhciz olunmalı, onun salonunda taksometr, sürücünün adı, soyadı, fotoşəkili və daşıyıcının adı, ünvanı, telefon nömrəsi barədə məlumat lövhəsi yerləşdirilməlidir:

"Taksi sürücüləri sərnişinləri düşürən zaman dayanma-durma qadağan olunmayan yerdə dayanmalı, sifariş gözləyərkən isə 5.14 nişanı ilə işarələnmiş taksi duracaqlarında durmalıdırlar. Taksi duracağı ilə işarələnməmiş yerdə dayanıb sifariş gözləmək qanunvericiliklə qadağandır. O cümlədən taksi fəaliyyəti ilə məşğul olan sürücülər bu tələblərlə yanaşı, sərnişindaşıma üçün xüsusi icazə sənədinin də (fərqlənmə nişanının) qaydasında olmasına nəzarət etməlidir".

V.Əsədov həmçinin avtobus sürücülərinə səslənərək bildirib ki, sərnişinlərin daşınması və onların təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə yalnız xüsusi ayırılmış avtobus dayanacaqlarında dayansınlar:

"Yolun hərəkət hissəsinin ikinci cərgəsində avtobusun saxlanılması, təbii ki, yolun daralmasına və arxadan hərəkət edən avtomobil sürücülərinin hərəkətinə maneə yaradır. Ona görə də hərəkət iştirakçılarına maneə yaratmamaq üçün qanunvericiliyin tələblərinə riayət etmək lazımdır. Avtobus sürücüsünün dayanacaqdan kənarda dayanmasına, sərnişinlərlə birgə yanacaqdoldurma məntəqəsinə daxil olmasına görə, o cümlədən taksi sürücüləri işarələnmiş taksi duracaqlarından kənarda sifariş qəbul etməsinə və fərqlənmə nişanı olmadan sərnişin daşımasına görə məsuliyyətə cəlb ediləcəklər".

İdarənin şöbə rəisinin sözlərinə görə, 2021-ci il yanvar ayının 1-dən bu günə kimi taksi fəaliyyəti ilə məşğul olan sürücülər qarşısında qoyulmuş tələbləri pozan yüzdən artıq sürücü aşkarlanaraq məsuliyyətə cəlb edilib:

"Eyni zamanda bu ay ərzində səksənə yaxın avtobus sürücüsü barədə də inzibati tənbeh tədbirləri görülüb".
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda yol-nəqliyyat hadisəsi olub, xəsarət alan var
  2. Bakıda gənc oğlan yol-nəqliyyat hadisəsində xəsarət alıb
  3. Babək prospektində təmir işləri aparılır, məhdudiyyət qoyulub
  4. İsmayıllı rayonunda zəlzələ olub
  5. Sumqayıtda silah-sursat aşkarlanıb
  6. Ağcabədidə iki avtomobil toqquşub, ölən var
  7. Zaqatala sakini ehtiyatsızlıqdan özünü güllələyərək öldürüb
  8. Yeni ildə yanıq xəsarətləri alan qadın bu gün xəstəxanada vəfat edib
  9. Ağsuda gənc oğlan yol qəzasında ciddi xəsarətlər alıb
  10. Lənkəranın 14 kəndində işıq olmayacaq
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
DİM taksi sürücüləri üçün növbəti imtahan keçirəcək
DİM taksi sürücüləri üçün növbəti imtahan keçirəcək
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün xüsusi hazırlıq keçən taksi minik avtomobili sürücüləri üçün növbəti imtahan keçirəcək. Ətraflı
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Bütün xəbərlər
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Şou biznes
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar