azadses.az » Cəmiyyət » Baş Prokurorluqdan açıqlama

Baş Prokurorluqdan açıqlama

Bəzi kütləvi informasiya vasitələrində Novruzov Vəli Şirməmməd oğlunun “MTK-REAL” Mənzil tikinti kooperativinin (MTK) vəzifəli şəxslərinin dələduzluğu nəticəsində həmin MTK-dan oğulları Elnur və Elvin Novruzovların, habelə qohumu Gəncəli İsmayılovun adına aldığı 3 mənzilə və 2 qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüquqlarının pozulması və bu barədə prokurorluq orqanlarının əməkdaşları tərəfindən guya onun müraciətlərinə obyektiv baxılmaması barədə informasiyalar yayılıb.

''Azad Səs'' "Report"-a istinadən xəbər verir ki, Baş Prokurorluq açıqlama yayaraq həmin məlumatları təkzib edib.

Açıqlamada deyilir:

"Belə ki, “MTK-REAL” Mənzil tikinti kooperativinin vəzifəli şəxslərinin inşa edilmiş binada olan eyni mənzili ayrı-ayrı vətəndaşlara qanunsuz satmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, dələduzluq və vəzifə saxtakarlığı kimi cinayət əməllərini törətdikləri üçün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq edilən cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, cinayət işi baxılması üçün ittiham aktı ilə birlikdə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və məhkəmənin hökmü ilə həmin şəxslər təqsirli bilinərək məhkum ediliblər.

Qeyd olunan cinayət işinin istintaqı üzrə Vəli Novruzovun “MTK-REAL” Mənzil tikinti kooperativinin vəzifəli şəxsləri tərəfindən pul vəsaitinin ələ keçirilməsinə dair şikayəti ilə bağlı aparılmış araşdırma zamanı həmin Kooperativlə bağlanmış müqavilələrə əsasən 3 mənzil və 2 qeyri-yaşayış sahəsinin onun 2 oğlu və qohumunun adına rəsmiləşdirilməsi təsdiqini tapıb.

Eyni zamanda, “MTK-REAL” Mənzil tikinti kooperativinin verdiyi iddialar üzrə rayon məhkəmələrinin müvafiq qətnamələri ilə Kooperativlə cavabdeh Gəncəli İsmayılov arasında bağlanmış mənzil alqı-satqısına dair müqavilə ləğv edilib.

Beləliklə,Vəli Novruzovun müraciətində göstərilən xüsusatlar mülki xarakterli olduğundan və bununla bağlı işlərə artıq mülki qaydada müvafiq məhkəmələrdə baxıldığından 5 fevral 2019-cu il tarixdə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində bu xüsusatlar üzrə aparılan araşdırma nəticəsində cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul olunub və həmin qərarın surəti rəsmi qaydada şikayətçiyə göndərilməklə, cinayət-prosessual qanumbericiliyin tələblərinə əsasən həmin qərardan müvafiq qaydada şikayət etmək hüquqları izah edilib".
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda yol-nəqliyyat hadisəsi olub, xəsarət alan var
  2. Bakıda gənc oğlan yol-nəqliyyat hadisəsində xəsarət alıb
  3. Babək prospektində təmir işləri aparılır, məhdudiyyət qoyulub
  4. İsmayıllı rayonunda zəlzələ olub
  5. Sumqayıtda silah-sursat aşkarlanıb
  6. Ağcabədidə iki avtomobil toqquşub, ölən var
  7. Zaqatala sakini ehtiyatsızlıqdan özünü güllələyərək öldürüb
  8. Yeni ildə yanıq xəsarətləri alan qadın bu gün xəstəxanada vəfat edib
  9. Ağsuda gənc oğlan yol qəzasında ciddi xəsarətlər alıb
  10. Lənkəranın 14 kəndində işıq olmayacaq
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
DİM taksi sürücüləri üçün növbəti imtahan keçirəcək
DİM taksi sürücüləri üçün növbəti imtahan keçirəcək
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün xüsusi hazırlıq keçən taksi minik avtomobili sürücüləri üçün növbəti imtahan keçirəcək. Ətraflı
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Bütün xəbərlər
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Şou biznes
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar