azadses.az » Cəmiyyət » Vidadi Muradov bu qədər pulu mənimsəyibmiş - ŞOK FAKTLAR

Vidadi Muradov bu qədər pulu mənimsəyibmiş - ŞOK FAKTLAR

Məlum olduğu kimi, bu gün “Azərxalça” ASC-nin İdarə heyətinin sədri Vidadi Muradov külli miqdarda mənimsəmə ittihamı ilə həbs edilib.

''Azad Səs'' xəbər verir ki,, Vidadi Muradov sözügedən vəzifəyə 2016-cı ilin iyununda təyin olunub.

Onun qanunsuz əməlləri isə təyin olunduğu tarixdən 6 ay sonra başlayıb. Belə ki, o, 9 dekabr 2016-cı il tarixdən 31 dekabr 2019-cu il tarixədək digər şəxslərlə qabaqcadan əlbir olaraq “Azərxalça” ASC-yə məxsus xalça istehsalı üçün nəzərdə tutulan ipin formal müqavilələrin bağlanması yolu ilə alqı-satqısı məqsədi ilə bir neçə hüquqi şəxsə məxsus bank hesablarına ümumilikdə 3 milyon 435 min manat məbləğdə pul vəsaiti köçürüb. Vidadi Muradov həmin məbləğin 1 milyon 149 min manat olan hissəsinin nağdlaşdırılmaqla mənimsəyib.

Vəzifə səlahiyyətlərindən sui-istifadə edən, rəsmi sənədlərə bilə-bilə yalan məlumat daxil edən Vidadi Muradov, daha sonra 20 dekabr 2017-ci il tarixdən 18 fevral 2019-cu il tarixədək olan müddətdə cəmiyyətə məxsus müxtəlif ölçülü xalçaları təsisçisi olduğu “Azər-İlmə” MMC-yə ucuz qiymətə satılmasına nail olmaqla 339 min 427 manat məbləğində əmlakı mənimsəyib.

Məsələ burasındadır ki, “Azər-İlmə” MMC-nin təsisçisi də məhz Vidadi Muradov olub.

Vidadi Muradov növbəti mənimsəməyə 28 mart 2019-cu ildə nail olub. Belə ki, həmin vaxt “Azərxalça” ASC-yə yun təmizləmə xəttinin alınmasına ehtiyac duyulub. Bu avadanlığın xarici bazarlarda qiyməti isə 800 min ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 1 milyon 360 min manat təşkil edib. Ancaq məsələ burasındadır ki, Vidadi Muradov istintaqla şəxsiyyətləri araşdırılan qeyriləri ilə qabaqcadan əlbir olaraq “Azərxalça” üçün maddi cəhətdən daha ağır şərtlərlə, Almaniya ərazisində fəaliyyət göstərən şirkətlərdən biri ilə dəyəri 5 milyon 314 min avro (10 milyon 167 min manat) təşkil edən podrat müqaviləsini bağlayıb.

Müqavilənin tərkib hissəsi kimi yun təmizləmə xəttinin alınması üçün 1 milyon 800 min avro (3 milyon 444 min manat) məbləğində pulun “Azərxalça” ASC-nin bank hesabından şirkətin bank hesabına ödənilib. Yəni, əslində qiyməyi 1 milyon 360 min manat olan avadanlıq 3 milyon 444 min manata alınıb. Bir sözlə, yun təmizləmə xətti “Azərxalça” ASC-yə 2 milyon 84 min manat baha başa gəlib.

Bununla da belə çıxır ki, Vidadi Muradov vəzifədə olduğu müddət ərzində ümumilikdə 3 milyon 572 min 427 manat mənimsəyib. Bu səbəbdən sədrə CM-nin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib, rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. / "Qafqazinfo"

DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda yol-nəqliyyat hadisəsi olub, xəsarət alan var
  2. Bakıda gənc oğlan yol-nəqliyyat hadisəsində xəsarət alıb
  3. Babək prospektində təmir işləri aparılır, məhdudiyyət qoyulub
  4. İsmayıllı rayonunda zəlzələ olub
  5. Sumqayıtda silah-sursat aşkarlanıb
  6. Ağcabədidə iki avtomobil toqquşub, ölən var
  7. Zaqatala sakini ehtiyatsızlıqdan özünü güllələyərək öldürüb
  8. Yeni ildə yanıq xəsarətləri alan qadın bu gün xəstəxanada vəfat edib
  9. Ağsuda gənc oğlan yol qəzasında ciddi xəsarətlər alıb
  10. Lənkəranın 14 kəndində işıq olmayacaq
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
DİM taksi sürücüləri üçün növbəti imtahan keçirəcək
DİM taksi sürücüləri üçün növbəti imtahan keçirəcək
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün xüsusi hazırlıq keçən taksi minik avtomobili sürücüləri üçün növbəti imtahan keçirəcək. Ətraflı
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Bütün xəbərlər
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Şou biznes
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar