azadses.az » Cəmiyyət » Ermənilər III Qarabağ savaşı hazırlayır? - Rusiyalı politoloqdan ŞOK AÇIQLAMA

Ermənilər III Qarabağ savaşı hazırlayır? - Rusiyalı politoloqdan ŞOK AÇIQLAMA

27 dekabrda Tuğ kəndində 6 erməni terrorçunun növbəti dəfə terror törətməsi və Azərbaycanın anti-terror əməliyyatı keçirməsi ilə bir daha rus sülhməramlılarının mövqeyi gündəmə gəlib.

''Azad Səs'' Axar.az-a istinadən xəbər verir ki, başda Oleq Kuznetsov olmaqla, bir çox rusiyalı politoloq bu hadisədən sonra rus sülhməramlılarının Qarabağdakı fəaliyyəti və ermənilərə qayğısını kəskin şəkildə tənqid edib.

Tanınmış rusiyalı politoloq, jurnalist və ictimai xadim Maksim Şevçenko isə öz kanalından canlı yayımı zamanı rus sülhməramlılarının fəaliyyətinin 3-cü Qarabağ savaşına yol açdığını bildirib:

“Rusiyanın RBK telekanalı – yeri gəlmişkən, bu kanal Rusiya Prezident Administrasiyasına bağlıdır - açıq-aşkar Araiki (keçmiş və qondarma “dqr”in separatçı-terrorçu rəhbəri) “dqr”ın prezidenti adlandırır. Dövlət tərəfindən (Rusiya dövləti nəzərdə tutulur – red.) açıq şəkildə dəstəklənənlər də daxil olmaqla, Rusiyanın bir çox media qurumu Dağlıq Qarabağı “artsax” kimi qələmə verir. Bu, 10 noyabr Bəyannaməsinə açıq-aşkar xəyanətdir. Putin Dağlıq Qarabağı açıq şəkildə Azərbaycan ərazisi saydığını bildirir, amma dövlət mediası fərqli təbliğat aparır”.
M.Şevçenko rus sülhməramlılarına Qarabağda heç bir ehtiyac olmadığını və onların fəaliyyətinin heç də sülhməramlı olmadığını da vurğulayıb. O deyib ki, Qarabağ Azərbaycanın suveren ərazisidir: “Rusiyada bəziləri sanki orda növbəti bir xəstəlik yaratmaq və sonra onunla alver etmək istəyir”.
“Bu yaxınlarda Rusiya Müdafiə naziri Sergey Şoyqu bildirib ki, Qarabağda hər biri 300 sülhməramlı üçün nəzərdə tutulmuş 32-yə yaxın şəhərcik salacaqlar. Bu isə toplamda 10 min nəfər deməkdir. 10 min nəfərlik sülhməramlı kontingent? Bu rəqəm Qarabağda vuruşan erməni ordusunun az qala yarısı deməkdir. Kimə lazımdır bu qədər sülhməramlı?! Deməli, həmin şəhərciklər “dqr”in yeni “ordusu”nun hazırlanması üçün nəzərdə tutulub və bu ordu sonradan Azərbaycana qarşı vuruşacaq?” - o bildirib.
M.Şevçenko qeyd edib ki, ermənilər buna görə açıq şəkildə 3-cü Qarabağ savaşından danışırlar: “Baxın, erməni politoloq İsgəndəryan mart-aprel aylarında 3-cü Qarabağ savaşının olacağını bildirib. Onlar rus qalxanının arxasında gizlənərək, ordunu modernləşdirərək, yeni qan tökülməsinə hazırlaşırlar? Bu ehtimal istisna deyil. Bəs bu, Rusiyanın nəyinə lazımdır? Bu, bizə, ruslara qətiyyən lazım deyil. Bizə azərbaycanlılarla qarşılıqlı əməkdaşlıq və sülh lazımdır. Orda olan ermənilər ya Azərbaycan vətəndaşlığını qəbul etməli, ya da çıxıb getməlidirlər başqa ölkəyə”.
Politoloq Rusiyada, o cümlədən Rusiya silahlı qüvvələri daxilində erməni lobbisi və erməni maliyyəsinə bağlı şəxslərin olduğunu qeyd edib, məsələn, Zatulin kimi və bu şəxslərin Putinin iradəsi əleyhinə getdiyinə işarə edib.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda yol-nəqliyyat hadisəsi olub, xəsarət alan var
  2. Bakıda gənc oğlan yol-nəqliyyat hadisəsində xəsarət alıb
  3. Babək prospektində təmir işləri aparılır, məhdudiyyət qoyulub
  4. İsmayıllı rayonunda zəlzələ olub
  5. Sumqayıtda silah-sursat aşkarlanıb
  6. Ağcabədidə iki avtomobil toqquşub, ölən var
  7. Zaqatala sakini ehtiyatsızlıqdan özünü güllələyərək öldürüb
  8. Yeni ildə yanıq xəsarətləri alan qadın bu gün xəstəxanada vəfat edib
  9. Ağsuda gənc oğlan yol qəzasında ciddi xəsarətlər alıb
  10. Lənkəranın 14 kəndində işıq olmayacaq
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
DİM taksi sürücüləri üçün növbəti imtahan keçirəcək
DİM taksi sürücüləri üçün növbəti imtahan keçirəcək
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün xüsusi hazırlıq keçən taksi minik avtomobili sürücüləri üçün növbəti imtahan keçirəcək. Ətraflı
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Bütün xəbərlər
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Şou biznes
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar